Prezident: "Təəssüflər olsun ki, Avropada liderlər arasında Borrel, Metsola kimi populist insanlar var"
"Təəssüflər olsun ki, Avropada liderlər arasında cənab Borrel, madam Metsola kimi populist insanlar var. Mən hər zaman açıq danışmağı xoşlayıram. Mən onların yürütdüyü siyasətlə və Azərbaycana olan münasibətləri ilə tamamilə razı deyiləm, narazıyam. Bu, ədalətsizdir və heç də Avropa İttifaqının maraqlarına uyğun deyil".
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" mövzusuna həsr olunmuş beynəlxalq forumda çıxışı zamanı səsləndirib.
"Ancaq ümumilikdə Avropa Komissiyası haqqında danışanda bizim çox gözəl münasibətlərimiz var. Biz buna böyük əhəmiyyət veririk, onlar strateji əhəmiyyət daşıyır. Bu, təkcə enerji və qaz-neft sahəsini əhatə etmir. Tezliklə hidrogen sahəsində əməkdaşlıq edəcəyik. Bilirsiniz ki, Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstanı bağlayan bir layihə olacaq. Yəni oyun qaydalarında böyük dəyişiklik olacaq və bu, artıq icra prosesindədir", - deyə dövlətimizin başçısı vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 760 Tarix: 06 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident portuqaliyalı həmkarını təbrik edib
Prezident İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequruya təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab prezident, Portuqaliya Respublikasının milli bayramı münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbayca
10 iyunAzov dənizində həlak olan iki soydaşımızın nəşi TAPILDI
İyun 5-i tarixində Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların 9 iyun tarixində günorta radələrində ölkəmizə çatmaları gözlənilir. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirili
9 iyunİlham Əliyev DTX-yə yeni səlahiyyət verdi
"Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" fərmanda dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Strateji Obyektləri
30 iyunKim Çen In Putinə dəstək mesajı göndərdi: Strateji tərəfdaşlıq möhkəmlənəcək
Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumata görə, Kim məktubunda Moskva rəhbərliyinə tam dəstəyini ifadə edib. O, Pxenyanın Rusiyanı
12 iyun