Naxçıvanda çillə mərasimləri: Adətlər və atributlar necədir? - FOTO

Naxçıvanda çillə mərasimləri: Adətlər və atributlar necədir? - FOTOTürk xalqlarında mövcud olan qədim mifoloji düşüncəyə görə qış fəsli xalqın təqviminə əsasən, dövrlərə - çillələrə bölünür. Çillə əziyyətdən, məşəqqətdən, zülmdən çıxmaq mənasındadır. Qış fəsli xalq təqviminə uyğun olaraq çillə adı ilə üç yerə bölünüb. Bunlardan böyük çillə 40 gün (21 dekabr-30 yanvar), kiçik çillə 20 gün (31 yanvar-20 fevral), ala çillə və ya ala çolpav (boz ay da deyilir) isə bir ay (20 fevral-20 mart) davam edir. Çillə gecəsi ilin 365 gününün ən uzunu və qışın başlanğıc gecəsidir.

Mövzu ilə bağlı AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərov "Report"un yerli bürosuna danışıb.

O bildirib ki, böyük çillə dekabr ayının 20-də daxil olur. Hava əvvəldən düşünülən kimi elə də soyuq keçmir: "Çillənin daxil olması ayın 20-də axşama təsadüf edir. İnsanlar çilləni xoş qarşılamaq üçün müxtəlif ayin və rituallar həyata keçirirlər. Evlərdə qovurğa qovrulur, süfrələr müxtəlif nemətlərlə bəzədilir. Növbənöv şirniyyatlarla bəzənmiş süfrələrdə qarpızın olması artıq mütləq məqama çevrilib. Qeyd edək ki, bu şirniyyatları evlərdə qadınlar özləri hazırlayırlar. Çillə gecəsində hər evdə çillə qarpızının kəsilməsi Naxçıvan Muxtar Respublikanın ənənəvi mərasimlərindəndir. Çillə qarpızının sakral, yəni müqəddəs tərəflərindən biri də odur ki, bu qarpızı ailənin hər bir üzvü dadmalıdır. Hətta nişanlı qız və ya oğlan evlərinə də çillə qarpızı xonçalarda aparılır. Çillə qarpızının aparıldığı nişanlı qız evində qarpızın yarısı kəsilərək yenidən oğlan evinə göndərilər. Yeni ailə quran gəlinlərin evinə valideynləri tərəfindən də çillə qarpızının olduğu xonça aparılır. Bu adət əsasən Naxçıvanda müşahidə olunur. Çillə qarpızının mövsümdən sözügedən günədək saxlanmasının da özünəməxsus texnologiyası var. Belə ki, onu samanın içərisində sərin yerdə saxlayarlar. Üstünün cızılmamasına, çatlamamasına nəzarət edərlər. Zamanında - 20 dekabr axşamında qarpızın süfrədə olması ev əhlini sevindirər. Çillə qarpızının yer aldığı xonçada onun ətrafına mövsümi meyvələrdən də düzülər. Bəzi regionlarda narın da süfrədə olması məqsədəuyğun hesab edilir.

Çillə qarpızının aparıldığı nişanlı qız evində şənlik, coşqu başlayar. Bir xalq bayatısında deyildiyi kimi:

Bu qarpız, çillə qarpız,

Düşübdür dilə qarpız.

Düzülüb xonçalara,

Gedir yargilə qarpız".

Filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova vurğulayıb ki, çillə gecəsinin məşhur atributu olaraq məhz qarpız kəsilməsinin də sakral tərəfləri mövcuddur. Bu sakrallıq qarpızın üstünün və içinin rənglərində təcəssüm edir. Qara qışdan, onun vuracağı ziyandan ehtiyat edən qədim insan önləyici tədbirlər məqsədilə keçirdiyi ayinlərdə müxtəlif atributlardan, simvolik əşya və meyvələrdən də istifadə edib. Qarpızın yaşıl və qırmızı rənglərin məcmusundan ibarət olması onun bu mərasim üçün uyğun olduğunu şərtləndirib və qədim insan da bu rənglərlə Tanrıdan canlı təbiət, istilik, od arzu edib. Məlum olduğu qədər, Günəşin Yerdəki simvolu olan od, ocağın da atributu qırmızı rəngdir. Qırmızı rəngin həm də şər qüvvələrdən, bəd ruhlardan qoruma funksiyası mövcuddur.

Aytən Cəfərova bildirib ki, çillə mərasimini lap qədimdən Qərbi Azərbaycanın mahal və ellərinin əhalisi də coşqu ilə qeyd edib. Bu gün də Azərbaycanın müxtəlif məkanlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında məskunlaşmış qərbi azərbaycanlılar çillənin gəlişini böyük şövqlə qeyd etməkdədirlər. Qovut, əyirdək, qaysava, xəşil kimi mətbəx örnəkləri Qərbi Azərbaycan əhalisinin çillə süfrəsinin bəzəyidir. Təbiidir ki, çillə qarpızının süfrənin şahı mövqeyində olması burada da müşahidə olunur. Günün özəlliyini ifadə edən ayin və rituallar içərisində qovutla bağlı icra olunan mərasim günümüzdə də icra olunur. Belə ki, gənc qız və oğlanlar evdə hazırlanmış qovutdan bir hissə götürüb evin damına qoyarlar. İnanılır ki, həmin qovutu qarğa götürüb aparacaq və hansısa evin damına salacaq. O zaman niyyət sahibinin qisməti həmin evdədir. Bu ayin məhz çillə gecəsində icra olunur. Belə mərasimlərin icrası Qərbi Azərbaycan əhalisinin qədim və köklü dünyagörüşə malik olduğunu bir daha təsdiq edir.

"Biz inanırıq ki, növbəti çillə mərasimlərimizi Qərbi Azərbaycanın mahal və ellərində qeyd edəcəyik. Çilləniz mübarək, əziz xalqımız!" - deyə filologiya üzrə fəlsəfə doktoru əlavə edib.
Naxçıvanda çillə mərasimləri: Adətlər və atributlar necədir? - FOTONaxçıvanda çillə mərasimləri: Adətlər və atributlar necədir? - FOTONaxçıvanda çillə mərasimləri: Adətlər və atributlar necədir? - FOTONaxçıvanda çillə mərasimləri: Adətlər və atributlar necədir? - FOTONaxçıvanda çillə mərasimləri: Adətlər və atributlar necədir? - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1150   Tarix: 20 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

5 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr