COVİD-in bu variantı haqqında qorxulu iddia: bağırsaqları yoluxdurur
Dünyadakı kanalizasiya sularında aşkar edilən virus sıxlığına əsaslanaraq, mütəxəssislər Covid-19-un yeni variantı JN1-in mədə və bağırsaqlara təsir etdiyini düşünürlər.
Dünya tarixinin ən ölümcül epidemiyalarından biri olan Covid-19 pandemiyası arxada qalsa da, virus hələ də özünü göstərir. Qışın gəlişi ilə bu hallar da artmağa başlayıb. Lakin xəstəliyin yeni bir xüsusiyyəti səhiyyə ictimaiyyətinin narahatlığına səbəb olub. Yuxarı tənəffüs yollarında və ağciyərlərdə məskunlaşan virus tənəffüs yolu ilə keçirdi. Bununla belə, yeni variantın mədə və bağırsaqlarda da yerləşdiyi və ifrazat yolu ilə ötürüldüyü də düşünülür.
ABŞ də daxil olmaqla dünyanın hər yerindən elm adamları kanalizasiya sularını analiz edərək bu nəticəyə gəliblər. ABŞ-nin Missuri Universitetinin molekulyar virusoloqu, professor Mark Conson "DailyMail"ə deyib:
"Avropada tullantı sularında Covid-19 konsentrasiyasında bəzi böyük artımlar var. Bunun səbəbinin nə ola biləcəyi və başqa halların olub-olmaması ilə bağlı araşdırmalar apardıq."
Yeni variantın hallarına təkcə ABŞ və Avropada deyil, həm də dünyanın müxtəlif guşələrində rast gəlinir.
Məsələn, Avstriyada bu ilin iyul ayında çirkab sularda Covid-19 səviyyəsi sıfıra yaxın olub. Ancaq indi adambaşına düşən yoluxmuş genlərin səviyyəsi xeyli artıb.
Covid-19-un yeni variantı JN1-in peyvənd toxunulmazlığı qazandığı və ya immunitet sistemini keçmək üçün bədənin müxtəlif hüceyrələrinə yönəldiyi düşünülür. Professor Conson, Covid-19-un yeni dominant JN1 variantının bağırsaqları yoluxdura bilməsinin mümkün olduğunu söyləyib, lakin nəzəriyyə üçün hələlik birbaşa sübut olmadığını əlavə edib.
Covid-19-un bağlı olduğu ailədəki bəzi digər virusların da bağırsaqlara təsir etdiyini ifadə edən Conson, "Belə hal aşkar edilərsə, çox da təəccüblü olmaz" deyib:
"Bir çox viruslar mədə-bağırsaq problemlərinə səbəb olur. Pişiklərdə, donuzlarda, yarasalarda olanlar var. Bunlar tənəffüs yolu infeksiyaları deyil, mədə-bağırsaq infeksiyalarıdır".
Bu variant digər növlərə nisbətən həm daha yoluxucudur, həm də immunitet sistemindən yayınmağa qadirdir. Ancaq digər dövran edən variantlardan daha ağır xəstəliyə səbəb olduğuna dair heç bir sübut yoxdur.
Mənbə: publika.az
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1210 Tarix: 23 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml
30 oktyabrXərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin
24 oktyabrQrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı
Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb
14 oktyabrHər gün üzüm yesək, nə olar?
Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmaya töhfə verə bilər. Üzümün əsas üstünlüklərindən biri antioksidantlarla zəngin olmasıdır
1 noyabrAxşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini
24 oktyabrHəkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır
20 oktyabrƏn faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29 oktyabrSosial şəbəkələrdən uzun müddət istifadə depressiyaya səbəb ola bilər
Sosial şəbəkələrdə gündəlik keçirilən vaxt böyüklər arasında depressiya barədə məlumat verilməsi ilə əlaqəli əsas amillərdən biri kimi müəyyən edilib. Bu əlaqə ABŞ-da 11 il ərzində aparılan sorğularda müşahidə olunub. Qaynarinfo xəbər verir ki, araşdırma Şimal-Qərb Universiteti və Sinsinnati Universitetini
2 noyabr