Arayik Arutyunyan: "Özümü Azərbaycan vətəndaşı sayıram"
"Arayik Arutyunyan görüş zamanı qeyd edib ki, o özünü Azərbaycan vətəndaşı sayır. Azərbaycan dilində minə qədər söz başa düşsə də, ermənidilli məktəbdə təhsil aldığından azərbaycanca danışa bilmir".
Bunu İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədrinin müavini Elçin Şirinov Teleqraf.com-a bildirib.
Qeyd olunub ki, komitənin sədri Tural Hüseynov, sədr müavini Elçin Şirinov və Hüquq şöbəsinin müdiri Rövşən Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində saxlanılan qondarma rejimin "rəhbər"ləri Arayik Arutyunyan, Ruben Vardanyan, David Manukyan və Lyova Mnatsakanyana baş çəkiblər.
Elçin Şirinovun sözlərinə görə, saxlanılan şəxslər mövcud şəraitdən razı olduqlarını bildiriblər.
"Saxlanılan şəxslər onlar üçün vaxtaşırı gəzintinin təşkil olunduğunu, hər həftə ailə üzvləri ilə telefonla danışmaq üçün şərait yaradıldığını bildiriblər. Adları qeyd olunan şəxslər onlara heç bir ayrı-seçkiliyin edilmədiyini etiraf ediblər. Onlara, eyni zamanda, ailə üzvlərinin istəyi ilə vəkil də təyin olunub.
Xatırladaq ki, Qarabağda millətçi "Daşnaksütyun" partiyasının lideri, separatçıların keçmiş qondarma "parlament sədri" David İşxanyan, separatçıların keçmiş "prezidenti" Arayik Arutyunyan, Ruben Vardanyan, Davit Manukyan, Qarabağdakı keçmiş qondarma rejimin "xarici işlər naziri" David Babayan, Bako Saakyan, Lyova Mnatsakanyan, Arkadi Qukasyan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq, Bakıya gətiriliblər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı