Azərbaycanda ərzaq niyə ucuzlaşmır?

Azərbaycanda ərzaq niyə ucuzlaşmır?2023-cü ildə dünyada ərzaq qiymətləri 13,7 faiz, dekabr ayında isə illik ifadədə 10,1 faiz ucuzlaşıb. Bu haqda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) icmalında bildirilib.

Sonxeber.az Musavat.com-a istinadən xəbər verir ki, dekabrda taxılın qiymət indeksi noyabr ayı ilə müqayisədə 16,6 faiz yüksək olsa da, əvvəlki illə müqayisədə aşağı düşüb. 2023-cü ilin sonunda hava şəraiti və Qara dəniz regionunda gərginlik səbəbindən bir sıra əsas ixracatçı ölkələrin logistik sistemlərində yaranan problemlər, həmçinin güclü tələbat fonunda buğdanın ixrac qiymətlərində artım qeydə alınıb.

Həmçinin dekabrda bitki yağı 1,4 faiz (illik ifadədə 32,7 faiz), ət isə 1 faiz (illik ifadədə 1,8 faiz) ucuzlaşıb. İlin sonunda şəkərin qiyməti 16,6 faiz azalsa da, illik ifadədə artım 14,9 faiz olub. Eyni zamanda süd məhsullarının qiymətində 1,6 faizlik artım, illik ifadədə isə 16,1 faizlik azalma baş verib.

Bu dönəmdə isə Azərbaycan bazarlarında bir sıra məhsulların bahalaşması müşahidə edilir. Xüsusilə tərəvəz və ətin qiymətində artımlar var.

Modern.az-a açıqlama verən Milli Məclisin üzvü Azər Badamov bahalaşmanı deputatların da hiss etdiyini bildirib: "Bahalaşma təkcə Azərbaycanda baş vermir. Bütün dünya ölkələrində malların qiymətləri arta-arta gedir. Azərbaycan da dünyanın bir parçası olduğundan daxili bazarımızın qorunması ilə bağlı tədbirlərin keçirilməsinə baxmayaraq, xüsusən də ərzaq mallarının qiymətlərində artımların mütəmadi baş verdiyini görürük. Bahalaşmanın təsirlərini azaltmaq üçün dövlətin sosial dəstək tədbirlərinin davamlı aparılmalı olduğunu vacib hesab edirəm..."

Azərbaycanda ərzaq niyə ucuzlaşmır?Millət vəkili Vüqar İskəndərov da cüzi də olsa, bahalaşmanı hiss etdiyini söyləyib: "Dünyada baş verən həm siyasi, həm iqtisadi kataklizmlər əsasən ərzaq və digər məhsullara da öz təsirini göstərir.

Azərbaycanda son zamanlar tərəvəzin və ət məhsullarının qiymətinin bahalaşması hiss olunur. Təbii ki, biz bunu arzulamazdıq. Bunu yalnız insanların səhvləri kimi qiymətləndirmək olmaz. Çünki Azərbaycan da dünyanın bir parçasıdır. Artıq bir çox ölkələrdə bahalaşma gedir. Təbii ki, bu, ölkəmizə şamil edilməli deyil. Əlbəttə, biz bütün imkanlardan istifadə edərək ərzaq məhsullarının, ətin bahalaşmasının qarşısını almaq üçün müvafiq işlər görməliyik. Mən də bu ölkənin vətəndaşı kimi qismən də olsa, bu məhsullarda bahalaşmanı hiss etmişəm".

Ancaq reallıq odur ki, dünyada ərzaqlar ucuzlaşır. Bəs Azərbaycanda niyə əksinədir?

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb. Ekspert qeyd edib ki, əgər bu gün ərzaq qiymətlərinin dəyişən dinamikasını daha diqqətlə izləsək, görərik ki, bəzi ərzaqlarda bahalaşma müşahidə olunur: "Lakin müəyyən endirimlər də var. Məsələn, bir müddət öncə ölkədə unun qiymətində müəyyən eniş müşahidə olunmuşdu. Hazırda bəzi bitki yağlarında enmə var. Lakin düyü və şəkərin qiymətində bahalaşma var. Həmçinin bəzi meyvə-tərəvəzlərin qiymətində mövsümlə əlaqəli enmə və bahalaşma var. Məsələn, hazırda qış mövsümü olmasına baxmayaraq, bu gün pomidorun qiyməti ucuzdur. Amma xiyarın qiyməti bahadır, çünki ölkəyə idxal olunur.
Azərbaycanda ərzaq niyə ucuzlaşmır?Ümumiyyətlə, idxal olunan ərzaqların qiymətlərində müəyyən bahalaşma müşahidə olunur. Səbəb isə budur ki, dünya ərzaq bazarında ərzaqların qiyməti aşağı olsa da, logistik qiymətlər artıb. Belə ki, ölkəyə gətirilməsi ilə bağlı müəyyən tranzit xərcləri artıb, üzərinə nəqliyyat xərclərini də gəldikdə qiymət artımı anlaşılandır.

Digər tərəfdən, ölkədə hələ də bəzi sahələr üzrə inhisarçılıq davam edir. Ərzaq idxalı üzrə inhisarçıların təsirləri var, onlar bazarda qiymət məsələsinə müəyyən qədər diktə edirlər. Bəzi pərakəndə ticarət şəbəkələrinin bazar payı çoxdur, bu da əsasən şəbəkə marketlərdir və onlar istədikləri qiymətləri tərtib edib, satırlar. Bu da sözsüz ki, müəyyən ucuzlaşmaya imkan vermir. Çünki onların monopolik bazarlarda payları var, çoxdur. Bu baxımdan, bu təsirləri də biz inkar edə bilmərik.

Həmçinin bu gün bizim əsas idxal tərəfdaşlarımızdan biri olan Rusiyada ətin qiyməti 20 faizə qədər artıb. Bu da sözsüz ki, öz təsirini göstərir. Hazırda ölkəmizdə daxili ət istehsalı azalıb və daha çox idxaldan asılıdır. Buna görə də ətin də qiymətində müəyyən bahalaşmalar müşahidə olunur.

Bütün bunların ortadan qaldırılması üçün kompleks tədbirlər həyata keçirilməlidir. İlk öncə rəqabət məcəlləsi qəbul olunmalıdır, hansı ki, uzun illərdir onun qəbulu gecikdirilir. Həmçinin inhisarçılıq meyillərinə qarşı mübarizə aparılmalıdır. Böyük bazar payı olan şəbəkə marketləri ilə müəyyən işlər aparılmalıdır ki, onlar qiymətləri diktə etməsinlər.

Bundan başqa, vətəndaş monitorinqləri həyata keçirilməlidir. Qiymətlərin artımına qarşı mübarizə həm də ictimai sektor və mətbuat vasitəsilə aparılmalıdır ki, süni qiymət artımına yol verilməsin".

İqtisadçı Natiq Cəfərli də 2022-ci ildən bu günə qədər dünyada ərzaq indeksində ciddi enmələrin müşahidə olunduğunu qeyd edib: "Ümumilikdə əgər bütün ərzaq növləri üzrə götürsək, 10 faizdən çox qiymət azalmaları müşahidə olunur. Elə bunun nəticəsidir ki, Avropada və ABŞ-da inflyasiya da xeyli səngiyib. Belə ki, əvvəl 8-10 faiz inflyasiya mövcud idisə, indi 3-4 faiz civarındadır.
Azərbaycanda ərzaq niyə ucuzlaşmır?Azərbaycanda isə ərzaq qiymətlərinin enməməsi obyektiv və subyektiv səbəblərdən irəli gəlir. Obyektiv səbəb odur ki, daxili istehsalımız azdır. Biz özümüzü cəmi 25 faiz ərzaq məhsulları ilə təmin edirik, yerdə qalan qisim idxaldan asılıdır.

Subyektiv səbəb isə odur ki, ənənəvi Azərbaycanın problemləri idxal inhisarçılığıdır. Pərakəndə ticarətdə problem yoxdur, minlərlə mağazalar, şəbəkələr, müəyyən rəqabət var. Amma məhz topdansatış qiymətlərinin tənzimlənməsi inhisarçılığa daha çox bağlıdır. Ənənəvi olaraq inhisarçılıq problemi həll edilməyindən bəlli sayda şirkətlər var ki, onlar ölkəyə məhsul gətirə bilir və onlar da sövdələşmə yolu ilə qiyməti daxili bazarda tənzimləyə bilirlər. Əsas problemlərdən biri budur.

Həmçinin ölkəmizdə vergi yüksəkdir. Doğrudur, bəzi dünya ölkələri ilə müqayisədə aşağıdır, amma ümumilikdə Azərbaycanın alıcılıq qabiliyyətini nəzərə alsaq, ərzaq məhsullarında əlavə dəyər vergisinin 18 faiz olması məntiqli deyil. Bunu daha aşağı salmaq mümkündür ki, bu da qiymətlərin azalmasına təsir göstərən amilə çevrilə bilər".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1186   Tarix: 11 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili

17 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb

Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü

15 sentyabr
.

SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib. "Report"un Gürcüstan büros

4 sentyabr
.

Azərbaycan avtobus idxalını 2% azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 468 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır

16 sentyabr
.

Azərbaycanda 8 ayda xarici vətəndaşlara 6 milyon manatdan çox ƏDV qaytarılıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fiziki şəxs olan istehlakçılara dövlət büdcəsindən 139 milyon 829,14 min manat ƏDV geri qaytarılıb. bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, geri qaytarılan ƏDV pərakəndə ticarət və iaşə fəaliyyət

8 sentyabr
.

Brent markalı neftin qiyməti 99 dollara yüksəldi

Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib

9 sentyabr
.

Azərbaycanda elektron satınalmaların dəyəri 2,3 milyard manatı ötüb

Azərbaycanda bu ilin yanvar-iyul aylarında keçirilmiş elektron satınalmaların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 0,3 % artaraq 4 596 olub. bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, elektron satınalmaların məbləğ

14 sentyabr
.

Azərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus

16 sentyabr