Yumurta BAHALAŞACAQ? - AÇIQLAMA
Son vaxtlar ölkəmizdən xaricə, xüsusilə də Rusiyaya yumurta ixracı xeyli artıb. Bu vəziyyət daxili bazarda yumurta qiymətlərinin artacağı ilə bağlı söz-söhbətlərin artmasına səbəb olub.
Bəs, yumurta bahalaşa bilərmi?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, hazırda narahatlığa heç bir əsas yoxdur:
"Doğrudan da son vaxtlar yumurta ixracında artım müşahidə olunur. Yanvar ayının geridə qalan dövründə 17 milyon ədəd yumurta ixrac etmişik. Bunun da 10 milyondan artığı Rusiyaya, qalanı isə Yaxın Şərq ölkələrinə - İraqa, Küveytə, Qətərə və BƏƏ-yə göndərilib.
Nəzərə alaq ki, ölkə əhalisinin yumurtaya gündəlik ehtiyacı 3 milyon 600 min ədəddir. Bu ehtiyac da artıqlaması ilə ödənilir. Əvvəllər biz gündə 4,5-5 milyon civarında yumurta istehsal edirdik. Amma bu gün gündəlik yumurta istehsalı 5,5 milyon ədədi keçib.
İstehsal artdığı üçün sahibkarlarımız xarici bazara daha çox yumurta satırlar. İxracdakı artımın tək səbəbi budur.
İxracın artması nə daxili bazarda qıtlığa, nə də qiymət artımına səbəb olmayacaq. Çünki istehsalda problem yox, dinamika var. Hazırda ölkəmizdə fəaliyyət göstərən şirkətlərin 90 faizi öz istehsalını artırıb".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 25,2 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu il iyunun 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat
27 iyunTürkiyənin Azərbaycana metal ixacından qazancı 6 %-dən çox artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 65,724 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,3 % çoxdur. Təkcə iyunda isə Türkiyə Azərbaycana 10,022 milyo
12 iyulAzərbaycanda 5 ayda 4 min tondan çox çay istehsal edilib
Bu ilin yanvar-may aylarında Azərbaycanda 4 min 425,5 ton çay istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5 % azdır. İyunun 1-nə ölkədə 99 ton hazır məhsul ehtiyatı olub ki, bu da 1 il əvvələ nisbətən 45,8 % çoxdur
20 iyunAzərbaycanda istehlak bazarı 5 %-ə yaxın böyüyüb
Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 33,1 milyard manat olub. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin yanvar-may aylarına nisbətən rea
20 iyunQramı 290 manat oldu: Qızıl bazarında SON QİYMƏTLƏR
Qızıl bazarında son dövrlər nəzərəçarpacaq durğunluq yaranıb. Dünya bazarlarında qiymətli metalın bahalaşması yerli bazarda da özünü göstərir. Bu isə həm alıcı fəallığının azalmasına, həm də satışların əvvəlki dövrlərlə müqayisədə zəifləməsinə səbəb olub. -in məlumatına görə, qızıl mağazalarının sahiblər
3 iyunAzərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-dən çox artırıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 28,789 milyon ABŞ dolları dəyərində geyim idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26,4 % çoxdur. Təkcə iyunda Türkiyə Azərbaycana 3,699 milyon ABŞ dolları dəyərind
11 iyulAzərbaycan Hindistandan kömür idxalını bərpa edib
Bu ilin I rübündə Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində 5 min 438 ton kömür (antrasit, bitumlaşmış və digər) idxal edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 84 %, kəmiyyə
6 iyunAzərbaycan meşə fındığı ixracından gəlirini 38 %-dən çox artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycan 7 min 756 ton meşə fındığı ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə meşə fındığının dəyəri 90,2 milyon ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 667 ton (17,6 %) az, dəyər baxımında
27 iyun