Balabanla ifası kosmosa çatan azərbaycanlı: Böyüklüyündən xəbərsiz olan sənətkar

Balabanla ifası kosmosa çatan azərbaycanlı: Böyüklüyündən xəbərsiz olan sənətkarOnun adı gələndə ilk olaraq qulaqlarımda Novruz bayramı ərəfəsində Azərbaycan Televiziyasının mavi ekranında ifa olunan "Azərbaycan təranələri" səslənir. Daha sonra 20 Yanvar şəhidlərinin, Xocalı qurbanlarının ahını, vaxtilə Azərbaycanın Qarabağ harayını dünyaya yayan, şəhid adlı böyük bir dərdin ah-fəğanı olan həzin və son dərəcə kövrək musiqilər çalınır. Bir sözlə, göz önündə böyük bir sənətkar - "milli qoboy ifaçısı" canlanır...

Bəziləri elə bilirlər ki, qoboy tütəkdir, əlinə götürən kimi çalacaqlar. Qoboyda o qədər qəliz sirlər var, onu ancaq Allahın qüdrəti ilə tapmaq olar. Gərək minqat zəhmət çəkəsən ki, Kamil Cəlilov olasan.

Publika.az xəbər verir ki, bu gün mərhum Xalq artisti Kamil Cəlilovun 86 yaşı tamam olur.

Sənətinə dəlicəsinə bağlı olan Kamil Cəlilov müsahibələrinin birində belə deyib:

"Bir gün qoboy çalmasam, ölərəm. Çörək yeməsəm, ondan yaxşıdır".

O, özgə aləti doğma dildə dilləndirməyi bacaran ustaddır. Bu barədəki fikirləri maraqlı olduğu qədər də səmimidir:

"Qoboy çox çətin və şıltaq alətdir. Onda istədiyim səsi almaq üçün bəzi dəyişikliklər etmişəm. Muğamlarda gəzişmələr etmək üçün bəzi əlavələr lazım gəlib. Muğam çalanda xanəndələrimizin vurduğu zəngulələrdən istifadə etmişəm. Qoboyçalan çoxdur. Amma qoboyda muğamı ilk dəfə mən ifa etmişəm. Qoboyun müştüyünü özüm düzəldirəm. Bəzən bir müştüyü düzəltməyə iki-üç ay vaxt lazım gəlir".

Uşaqlığından ağrı-acılı bir ömür yolu keçib Kamil Cəlilov... 1938-ci il yanvarın 29-da Buzovna kəndində dünyaya gəlib. Atası Cəlil İkinci Dünya müharibəsindən iki ayağı şikəst qayıtdıqdan sonra Kamil cavan bacısını itirib. Onun ölümünü heç vaxt unuda bilməyib. Bacısından sonra anasını da çox tez itirib. Bəlkə, elə ona görədir ki, o, qoboyda ifa edərkən hisslərini, yaşadığı ağrı-acıları musiqinin dili ilə izah etməyə çalışıb və bu onda çox yaxşı alınıb... Atası əvvəllər Kamilin qoboyda ifasına qarşı çıxsa da, sonradan ondakı bu həvəsin, sevginin qarşısında gücsüz qalıb.

Kamil Cəlilov həmin illəri belə xatırlayırdı:

"Yeni ifa etməyə başladığım vaxtlarda atam qoboyumu sındırıb, məni döydü, sonra zirzəmiyə saldı. Atam əlil olduğuna görə ifam onun əsəblərinə toxunurdu. Hətta zirzəmidə özümə şərait yaradıb orada qoboy çalırdım. Bu çətinliklərimi görən anam məni oradan xilas etdi".

Kamil Cəlilov Əhməd Bakıxanovun ansamblında qoşanağarada ifa edir, eyni zamanda, qoboy dərslərinə gedirdi. Bir gün Əhməd müəllim onu yanına çağırır və deyir ki, eşitmişəm, qoboy da çalırsan. Gənc Kamil "Bayatı-kürd"ü ifa edir və Əhməd müəllim ona heyran qalır. Bundan sonra studiyaya gedirlər. Beləliklə, Kamil Cəlilovun ilk lent yazısı qeydə alınır. Qoboy alətini muğam janrına gətirən ilk sənətkar da məhz Kamil Cəlilov olub. Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısı olub.

1977-ci ildə onun balabanda ifa etdiyi "Çahargah ahəngi" kompozisiyası "Voyager" qızıl plastinkasına daxil edilib. Elə həmin il NASA-nın "Voyager 1" peyki ilə kosmosa göndərilən bu qızıl plastinkada Kamil Cəlilovun balaban ilə çaldığı "Çahargah ahəngi" adlı kompozisiya səmanın ənginliklərinə doğru yol alıb.

Kamil Cəlilov həm böyük sənət ustadı, həm də geniş qəlbə malik, həssas ürək sahibi idi. Uşaq qəlbli böyük idi. Maestro Niyazi onun haqqında hər zaman belə deyərmiş: "Kamil o qədər sadədir ki, özü bilmir onda necə böyüklük var. Bəlkə, elə bu böyüklükdən xəbərsiz olduğuna görə Kamil sənət zirvəsinə yüksələ bilib".

Muğam və segahın özünəməxsus ifaçısı kimi yaddaşlara yazılan unudulmaz Rübabə Muradova isə Kamil Cəlilova belə vəsiyyət etmişdi:

"Mən öləndə tabutum önündə bir segah çal. Bil ki, onda sən məni behiştə yola salmış olarsan".

Şəhid analarının fəryadını, göz yaşlarını, şikayətini ondan yaxşı tərənnüm edən yox idi. Qoboyunun dili ilə bütün dünyaya o dövrün faciəsini elə olduğu kimi çatdıra bilirdi sənətkar. Özü müsahibələrinin birində belə deyib:

"Zəminxarə"ni, "Segahı" mən çoxdan ifa etmişəm. Musiqi redaksiyasında redaktorlar məsləhətləşiblər ki, Kamilin ifası ağrılı, yanıqlıdır, o musiqilər olsa, yaxşı olar. Ona görə 20 Yanvar, Xocalı faciələri anılanda radiolarda, telekanallarda, Şəhidlər xiyabanında mənim musiqilərim səslənir. "Zəminxarə"mə qulaq asan neçə ana təsəlli, toxtaqlıq tapıb. 20 Yanvar günlərində mənə o qədər zənglər olurdu ki... İnsanlar öz razılığını bildirirdilər. Deyirdilər, qoboy şəhid analarının ürəyinə su səpir. O anaların harayını, şikayətini qoboy vasitəsilə bütün dünyaya çatdırmışam..."

Kamil Cəlilov, sadəcə, qoboyda ifa etmirdi... Gözlərini yumaraq öz qoboyu ilə birlikdə məhz oxuyurdu və bu ifanın digər ifalardan fərqi ondadır ki, burada sözlər deyilmir: dinləyəni varlığından alan çox möcüzəli bir səs insanı çox mətləblərdən hali edir...

Kamil Cəlilov 2022-ci il fevralın 23-də, 84 yaşında dünyasını dəyişib. O Kamil ki, Şərq xalqlarına məxsus, almanların musiqi aləti kimi tanıdılan qoboyu milliləşdirib. O, sevincli günlərimizdə qoboyu ilə bizi sevindirib, kədərli anlarımızda yalnız gözlərimizi deyil, ürəklərimizi də ağladıb...
Balabanla ifası kosmosa çatan azərbaycanlı: Böyüklüyündən xəbərsiz olan sənətkarBalabanla ifası kosmosa çatan azərbaycanlı: Böyüklüyündən xəbərsiz olan sənətkarBalabanla ifası kosmosa çatan azərbaycanlı: Böyüklüyündən xəbərsiz olan sənətkarBalabanla ifası kosmosa çatan azərbaycanlı: Böyüklüyündən xəbərsiz olan sənətkar


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1817   Tarix: 29 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pikassonun tablosu 1,7 milyon dollara satıldı

İspan rəssam Pablo Pikassonun fotoqraf Dora Maarın portreti Londonda keçirilən hərracda 1,7 milyon dollara satılıb. -a istinadən xəbər verir ki, hərracı "Sotheby's" təşkil edib. 1936-cı ildə çəkilən əsərin ilkin qiyməti 600-800 min funt sterlinq qiymətləndirilsə də, yekunda 1,3 milyo

26 iyun
.

Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?

Dekabr ayında SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın 90 yaşı tamam olacaq. Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, sənətkarın 90 illik yubileyi münasibətilə böyük tədbir keçiriləcək. İlkin məlumata görə, yubiley mərasiminin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır. Mərasimd

11 avqust
.

Əməkdar artist dünyasını dəyişdi

Azərbaycanın Əməkdar artisti, xanəndə Raziyyə Şirinova vəfat edib. "Report"un xəbərinə görə, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat veriblər. Onun 86 yaşında vəfat etdiyi bildirilir. Qeyd edək ki, Raziyyə Şirinova 1940-cı ildə anadan olub. 1962-64-cü illərdə A. Zeynallı adına Bak

20 mart
.

"Qızımın səsi var, amma o siyasəti seçdi"

Xalq artisti Gülyanaq Məmmədova "Qonaqcanlı" verilişində qızı ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi övladı Sılanın musiqi istedadı olsa da, bu sahədə fəaliyyət göstərmədiyini bildirib:. "Qızım Sılanın səsi var, amma oxumur. Bakı Slavyan Universitetində təhsil alır

29 may
.

Fəxrəddin Manafov: 48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi

Xalq artisti Fəxrəddin Manafov mərhum həyat yoldaşı Vahidə Sadıqovadan danışıb. Axşam.az xəbər verir ki, aktyor bu barədə AzTV-də yayımlanan, Mehriban Ələkbərzadənin aparıcısı olduğu verilişdə söz açıb. F.Manafov bildirib ki, 48 il birlikdə yaşadığı həyat yoldaşı ona qadını anlamağı öyrədib:. "4

4 avqust
.

Əməkdar artistin 4 yaşında AZTV-də çıxışı - VİDEO

Əməkdar artist Bəyimxanım Vəliyeva sosial şəbəkədə arxiv görüntüsünü paylaşıb. xəbər verir ki, xanəndənin paylaşdığı videoda onun 1993-cü ildə AzTV2-də yayımlanan Novruz şənliyində səhnəyə çıxdığı əks olunub. Maraqlı məqam isə həmin vaxt Bəyimxanım Vəliyevanın cəmi 4 yaşında olmasıdır. Görüntülər izləyicilə

31 mart
.

Mehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım

Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə birlikdə çəkildikləri fotonu paylaşaraq aktyora xoş arzularını ünvanlayıb. "Tərəf müqabilim, müəllimim, dostum. 100 yaşa. Sağlam yaşa. Doğum günün mübarək"

3 avqust
.

Şair Çingiz Əlioğlu dəfn olunub

Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi Təzə Pir məscidində keçirilib. xəbər verir ki, şairin nəşi dəfn olunması üçün "Qurd Qapısı" qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. Dəfn mərasimində şairin yaxınları, dostları, sənət yoldaşları iştirak ediblər

10 avqust
.

Azərbaycan finala keçə bilmədi

Xəbər verdiyimiz kimi, "Avroviziya-2026" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilir. Axşam.az-ın məlumatına görə, gecədə 15 ölkənin təmsilçisi mahnılarını səsləndirib. Yarışmada ölkəmizi "Just go" mahnısı ilə təmsil edən Jiva finala çıxa bilməyib. Bolqarıstan, Ukrayna, Norveç

15 may