Ermənistanda ölkədən qaçan narazı vətəndaşların sayı artır - ARAŞDIRMA

Ermənistanda ölkədən qaçan narazı vətəndaşların sayı artır - ARAŞDIRMAErmənistanda ölkəni tərk edənlərlə bağlı artıq rəqəmlər elə həddə çatıb ki, mütəxəssislər həyəcan təbili çalırlar. BMT-nin hesabatlarına əsasən, miqrasiya və təbii artımın ciddi şəkildə azalması səbəbindən 12-17 il sonra Ermənistan əhalisinin sayı 1,5 milyon nəfərə qədər azalacaq. Əgər bu gün erməni dövlətinin rəsmi əhalisi 2,9 milyon nəfərdirsə, növbəti illərdə bu sayın ciddi şəkildə azalması qaçılmaz olacaq. Əgər qlobal orta miqrasiya nisbəti 0,3 faiz ətrafında dövr edirsə, Ermənistanda bu nisbət 30 faizi çoxdan aşıb.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Rəqəmlər nə deyir?

2023-cü ildə 36 min 512 vətəndaş Ermənistan pasportu ilə ölkəni tərk edib və qayıtmayıb. Son 10 ildə isə bu rəqəm 291 min 327 nəfər təşkil edib. Təkcə 2020-ci ildə ölkəni tərk edənlərin sayı 42 min 786 nəfər olub. Son üç ildə isə turist adı ilə Ermənistanı tərk edən və bir daha geri qayıtmayanların sayı 138 min 24 nəfərdir. Ermənistan müstəqilliyini əldə etdikdən sonrakı 20 il ərzində bir milyon 200 min nəfər ölkə ərazisini tərk edib. Bu, əhalinin 33 faizi deməkdir. Maraqlıdır ki, yaşadığı yeri birdəfəlik tərk edən ermənilər arasında cavanlar və əmək qabiliyyəti olan şəxslər üstünlük təşkil edir. Hələ 2010-cu ildə ABŞ-nin Gallup İnstitutu keçmiş SSRİ respublikaları arasında sorğu keçirib. Məlum olub ki, Ermənistanın hər 1000 nəfərinin 40 faizindən çoxu ölkəni daimi olaraq tərk etməyə, başqa dövlətdə yaşamağa hazırdır.

Qarabağ ermənilərinin kütləvi köçü

2023-cü ilin sentyabr ayında könüllü şəkildə Qarabağı tərk edənlər Ermənistana üz tutublar. Hələ ötən ilin dekabr ayında "Demokratik konsolidasiya" partiyasının sədri Suren Petrosyan bildirmişdi ki, onlardan 17 mini artıq Ermənistanı tərk edib. Son günlər əldə edilən məlumatlara görə isə, bu rəqəm indi 30 mindən çoxdur. Yaxın gələcəkdə bu göstəricinin artacağı gözlənilir. Sosial problemlər, daim hökumət tərəfindən incidilmə, aksiyada iştirak edən azyaşlıların belə həbs edilməsi, sosial müavinətlərin azaldılması, məskunlaşma problemi köçün əsas səbəbi kimi görülür.

Avropa və ABŞ xəyalı

Əgər yaxın illərə qədər Ermənistanı tərk edərək iş üçün başqa ölkələrə üz tutan ermənilərin 80 faizi Rusiyanı seçirdisə, bu gün Avropa və ABŞ-yə köç həvəsində olanların sayı durmadan artır. Yüz minlərlə erməni "Green Card" üçün müraciət edib. ABŞ səfirliyinə daimi yaşamaq üçün müraciət edənlərin sayı 602 min 359 nəfər olub. Bu rəqəm qonşu Gürcüstandan sözügedən lotereya üçün müraciət edənlərin sayından bir neçə dəfə çoxdur. Bu, mühacirət yox, vətəndaşların kütləvi xarakter daşıyan dövləti rəddetmə qərarıdır.

Depopulyasiyanı stimullaşdıran səbəblər

Təbii ki, erməniləri kütləvi şəkildə ölkəni tərk etməyə vadar edən müxtəlif səbəblər var. Gələcəyə əminliyin olmaması, sabahla bağlı qeyri-müəyyənliyin hər gün artması da buraya daxildir. Bu gün Ermənistanda miqrasiyaya yol açan ən böyük problemlərdən biri işsizlikdir. Əhalinin cavan təbəqəsi ciddi şəkildə işsizlikdən əziyyət çəkir. Hələ bu da az imiş kimi, sosial ədalətsizlik də sadə erməni vətəndaşını narahat edir. Eyni zamanda müəllim, sərhədçi də aldığı məvacibdən şikayətlənir. Çünki Paşinyan hökumətində ən yüksək maaş polis sistemindədir. Hökumət hər il işsizliyə qarşı ciddi mübarizə apardığı barədə yalançı rəqəmlər səsləndirsə də, bu gün Ermənistanda işsizlik rəsmi olaraq 25 faizi çoxdan ötüb.

Bundan əlavə, miqrasiyanı sürətləndirən siyasi və psixoloji səbəblər də mövcuddur. Məsələn, sorğuda iştirak edənlərin 32 faizi işsizliyə, 30 faizi gələcək perspektivlərini bu ölkədə görmədiklərinə, 20 faizi ədalətsizliyə, 17 faizi isə yaşamaq üçün heç bir şəraitinin olmadığına görə ölkəni tərk etmək niyyətində olduqlarını bildirib. Sorğuya görə, 52 faiz respondent övladlarının Ermənistanda yaşamasının qəti əleyhinə olduğunu qeyd edib.

Miqrasiya Paşinyanı niyə narahat etmir?

Maraqlıdır ki, bu tip hallar Paşinyan hökumətini ciddi narahat etmir. Çünki əgər hökumət yerli əhalini işlə təmin edə bilmirsə, onda əhalinin ölkəni tərk etməsi ən yaxşı haldır. Bu qədər problem və narazılıq fonunda işsizlər ordusunun narazılığı hökumət üçün əlavə başağrısına çevrilə bilər. Müxalifətin daim etirazlar və mitinqlərlə hədələdiyi hökumət üçün narazı təbəqənin etirazlara qoşulması arzuolunan deyil. Eyni zamanda qeyd etmək yerinə düşər ki, ölkədə qalan əhalinin, xüsusən də yaşlıların böyük hissəsi miqrantların hesabına dolanır. Təkcə rəsmi rəqəmlərə görə, hər il Rusiyadan, Avropadan və miqrantların yaşadığı digər ölkələrdən Ermənistana 2 milyard dollar göndərilir. Erməni dövlətinin büdcəsini nəzərə alsaq, bu, çox böyük rəqəmdir. Belə bir gəlir mənbəyindən imtina etmək Paşinyan hökuməti üçün çox çətindir. Bu pullar ölkədəki sosial gərginliyi azaldır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 718   Tarix: 16 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yaponiya və ABŞ-dan Çinlə bağlı yeni mesaj

Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. TASS-a istinadən xəbər verir ki, tərəflər Trampın Çin Sədri Si Cinpinlə danışıqlarını müzakirə ediblər və Çinə qarşı siyasət də daxil olmaqla, gələcək əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Takaiçini

27 sentyabr
.

Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə DİQQƏT ÇƏKDİ

Nepalın Baş naziri Balendra Şah BMT Baş Assambleyasının iclasında qara gün eynəyində iştirak edib. Bu aksesuar siyasətçinin rep-batllarda iştirak etdiyi vaxtlardan bəri onun ayrılmaz imic elementinə çevrilib. xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb. Nepalda həmçini

27 sentyabr
.

Ermənistan və İran arasında müzakirələr olunub

Ermənistanın İrandakı səfiri Qriqor Hakobyan İranın Sənaye, Mədən və Ticarət nazirinin kiçik sənaye və sənaye məhəllələri üzrə müavini Təhmors Lahuti ilə görüşüb. xəbər verir ki, bu barədə Ermənistanın İrandakı səfirliyindən məlumat verilib. İki ölkə arasında sənaye məskunlaşmaları sahəsində əməkdaşlığı

30 sentyabr
.

Tramp bu xəbərləri təkzib etdi

ABŞ Prezidenti Donald Tramp özünün Truth Social media hesabında İrana qarşı sanksiyaların yüngülləşdirilməsi və dondurulmuş vəsaitlərin dondurulmasının ləğvi təklifi ilə bağlı xəbərləri təkzib edib. xəbər verir ki, Tramp yazıb: "Axios bu yaxınlarda İrana sanksiyaların yüngülləşdirilməsini və dondurulmu

29 sentyabr
.

Dağ saniyələr içində çaya uçdu - Video

Nepalda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri bir neçə rayonda ciddi fəsadlara yol açıb. Hadisələr nəticəsində azı 24 nəfər həlak olub, 14 nəfər isə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, dağın bir hissəsinin saniyələr ərzində çaya uçmasını əks etdirən görüntülər d

29 sentyabr
.

Türkiyədə əcnəbilərə qanunsuz yolla vətəndaşlıq verən 74 nəfər saxlanılıb

Türkiyədə əcnəbilərə qanunsuz yolla vətəndaşlıq verən 74 nəfər saxlanılıb. "Report" "Haber Global"a istinadən xəbər verir ki, İstanbul Baş Polis İdarəsi tərəfindən həyata keçirilən əməliyyat şəhərin 13 rayonunu əhatə edib. Əməliyyat nəticəsində 1070 nəfər əcnəbiyə qanunsuz vətəndaşlı

27 sentyabr
.

Fransua Olland prezident seçkilərində iştirakını istisna etməyib

Fransanın sabiq prezidenti Fransua Olland 2027-ci il prezident seçkilərində iştirak edə biləcəyini bildirib. xəbər verir ki, o bu barədə İtaliyanın "Repubblica" qəzetinə müsahibəsində bildirib. Ollandın sözlərinə görə, söhbət ölkəyə kimin rəhbərlik edə biləcəyindən, eləcə də fransızların gələcəy

28 sentyabr
.

Si Cinpin: Çin və ABŞ ortaq maraqlar əsasında hərəkət edəcək

Çin rəhbəri Si Cinpin Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə danışıqlar zamanı hər iki ölkənin bir-birinə doğru addım atacağına və ümumi maraqlar əsasında hərəkət edəcəyinə ümid etdiyini bildirib. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. "Əməkdaşlıq ikitərəfl

27 sentyabr
.

Bill Qeytsdən ŞOK SÖZLƏR: "Süni intellekt bir milyard insanın ölümünə səbəb ola bilər"

"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts hesab edir ki, süni intellekt (Sİ) bir milyard insanın ölümü ilə nəticələnəcək hadisələrə səbəb ola bilər. xəbər verir ki, Qeyts bunu NBC telekanalına müsahibəsində bildirib. "Sİ bir milyard insanın ölümünə səbəb olacaq hadisələrə gətirib çıxar

27 sentyabr