Bill Qeytsdən ŞOK SÖZLƏR: "Süni intellekt bir milyard insanın ölümünə səbəb ola bilər"
"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts hesab edir ki, süni intellekt (Sİ) bir milyard insanın ölümü ilə nəticələnəcək hadisələrə səbəb ola bilər.
Oxu.Az xəbər verir ki, Qeyts bunu NBC telekanalına müsahibəsində bildirib.
"Sİ bir milyard insanın ölümünə səbəb olacaq hadisələrə gətirib çıxara biləcək qədər güclüdür", - deyə o qeyd edib.
Onun sözlərinə görə, bəşəriyyətin heç vaxt "pis niyyətli insanların ən yeni Sİ alətləri ilə birləşməsi" qədər güclü silahı olmayıb. Qeyts həmçinin Sİ-dən istifadə sahəsində qanunvericilik məhdudiyyətlərinin tətbiqinin tərəfdarı olduğunu bildirib.
Daha əvvəl "Anthropic" şirkətinin rəhbəri Dario Amodei təhlükəsizlik səbəblərindən daha güclü süni intellekt modellərinin hazırlanması sürətinin azaldılmasına çağırıb.
Amerikalı milyarder, "SpaceX" və "xAI" şirkətlərinin sahibi İlon Mask, eləcə də "OpenAI" şirkətinin rəhbəri Sem Altman artıq bu ideya ilə razılaşdıqlarını bildiriblər.
"Politico" nəşrinin bu həftə keçirdiyi sorğunun nəticələrinə görə, ABŞ, Kanada və bir sıra Avropa ölkələrinin sakinlərinin təxminən yarısı Sİ-nin inkişaf tempinin azaldılmasının tərəfdarıdır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 57 Tarix: 27 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Daha bir dünya lideri Makronun dəvətini rədd etdi
İtaliyanın Baş naziri Corcia Meloni sentyabrın 28-də Fransanın Mets şəhərində keçiriləcək və Roma Papası XIV Levin apostol səfərinin son günündə çıxış edəcəyi görüşə qatılmayacaq. xəbər verir ki, bu barədə TASS İtaliya hökumət başçısının mətbuat xidmətinin açıqlamasına əsasən məlumat yayıb. Məlumat
26 sentyabrİran ABŞ-yə Hörmüz boğazı ilə bağlı PLAN TƏQDİM ETDİ
İran ABŞ-yə Hörmüz boğazında normal gəmiçiliyin bərpasını nəzərdə tutan yeddigünlük plan təqdim edib. xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçının təqdim etdiyi plana əsasən, ABŞ təklif olunan şərtləri qəbul etdiyi anda
27 sentyabrBundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib
Bundestaqdan (parlament) sonra Bundesrat (Almaniya federal torpaqlar palatası) hakim koalisiyanın yanacağın qiymətlərinin artması fonunda avtomobil yanacaqlarına vergi yükünün azaldılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Bu barədə "Report" DPA-ya istinadən xəbər verir. Məlumata görə
27 sentyabrTrampdan Rusiya və Çinə dialoq TƏKLİFİ
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin Xalq Respublikasının rəhbəri Si Cinpinin Vaşinqtona rəsmi səfəri çərçivəsində Rusiya, ÇXR və ABŞ arasında silahlanmaya nəzarət məqsədilə üçtərəfli müzakirələrin aparılması təşəbbüsü ilə çıxış edib. -ın məlumatına görə, bu təfərrüat Ağ Ev tərəfində
26 sentyabr