Cəlilabadda meşə gözətçilərindən pul yığılır? - İDDİA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktorunun Cəlilabad rayonunda meşə gözətçilərinin hər birindən 50 manat pul yığıldığı iddia edilir.
Bu barədə Pravda.az-a gözətçilərdən biri məlumat verib.
O iddia edib ki, pulu direktorun adından Cəlilabad üzrə mühafizə mühəndisi Namiq İşiyev yığıb. Toplanan pulların rayon ərazisində tikilən tingliyin üzərinin örtülməsinə sərf olunacağı bildirilib.
Buna etiraz edən meşə gözətçiləri tinglik üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəsait ayırdığını əsas gətirərək qeyd ediblər ki, 11 saylı Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyinin tapşırığı əsasında qanunsuz şəkildə yığılan vəsait tinglik üçün sərf olunmayacaq. Başqa bir məlumata görə, eyni "pulyığma kampaniyası"nın həyata keçirilməsi üçün Masallı və Yardımlı rayonlarında çalışan müvafiq şəxslərə də tapşırıqlar verilib.
Səslənən iddiaların həqiqəti nə dərəcədə əks etdirib-etdirmədiyini demək çətin olsa da, mediada 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində mükafatların rəhbərlik tərəfindən mənimsənilməsi halları ilə bağlı çoxsaylı faktlar dərc olunub.
İddia bağlı Pravda.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovaya sorğu ünvanlasa da, qurum rəsmisi heç bir mövqe bildirməyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 727 Tarix: 19 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
4 noyabrAğır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrDövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
5 noyabrSəməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabr