Bakıda reabilitasiya mərkəzi vətəndaşın pulunu geri qaytarmır - ŞİKAYƏT + FOTO
Bakıda vətəndaş reabilitasiya mərkəzində seans qiymətinin birdən-birə qaldırılmasından gileylənir.
Bununla bağlı Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayan Ülviyyə Yusifova övladının müalicəsi üçün ayrılan pulun qaytarılmadığını qeyd edib:
"Mənim qızım Aytən Qurbanova 8 yaşı var. Anadangəlmə bud-çanaq oynağının hər iki tərəfli çıxığı xəstəliyindən əziyyət çəkir. Üç dəfə ağır əməliyyat keçirib. Əməliyyatdan sonra həkimimiz reabilitasiya yazdı.
Biz Bakı şəhəri Nərimanov rayonu Aşıq Molla cümə 44 b ünvanında yerləşən ARS reabilitasiya mərkəzinə müraciət etdik. Qızım orda çalışan həkim Rəşid Muradov tərəfindən müayinə olundu. Və reabilitasiyasına başladıq, bir günlük seansı 30 manatdan reabilitasiyasına başladıq. 10 oktyabr tarixində qızımın reabilitasiya üçün ARS reabilitasiya mərkəzinə 900 manat ödəniş etdik.
Bir günlük seans 30 manatdan idi. 14 gün seans keçdik. Dekabrın 9-a qədər qızımın ARS reabilitasiya mərkəzində müalicəsini davam etdik. Qızım Suçiçəyi keçirdi. Heç yerə çıxa bilmədik. Karantin bitəndən sonra yanvar ayından etibarən müalicələrimizi davam etdirmək istədikdə ARS reabilitasiya mərkəzi qiymətlərin qalxdığını bildirdi.
1 günlük seansı 45 manat olduğunu dedilər. O məbləğin bizim üçün çox baha olduğunu söylədim. Orada qalan 480 manatımızı geri tələb etdim və bizə heç bir məbləğ qaytarılmayacağını ARS reabilitasiya mərkəzinin rəhbəri Sevda Xanməmmədova bildirdi. Bizə hədə- qorxu gələrək ARS reabilitasiya mərkəzindən qovdu. Bizim o pula ehtiyacımız var. Uşağımn müalicəsini davam etdirmək üçün o pul lazımdır".
Məsələ ilə bağlı sözügedən reabilitasiya mərkəzinə sorğu ünvanlamışıq.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1299 Tarix: 31 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
5 noyabrQoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabrBakıda bu avtobuslar YENİLƏNİR
Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il
5 noyabrBakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...
Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
5 noyabrQazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta
6 noyabrAzərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa
5 noyabr