İşğala, terrora dəstək verən Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyi irəli sürüldü…
"Ruben Vardanyan xeyriyyəçilik və humanitar fəaliyyətinə görə 2024-cü il üçün Nobel Sülh Mükafatna namizədliyi təqdim edilib. Onun namizədliyi bir sıra nüfuzlu şəxslər tərəfindən irəli sürülüb. Onların arasında Nobel Sülh Mükafatı laureatı da var".
Moderator.az xəbər verir ki, news.am -ın xarici mənbələrdən aldığı bu xəbəri Ruben Vardanyanın ofisi də təsdiqləyib.
"Ruben Vardanyana bu yüksək mükafat təkcə Ermənistanda deyil, bir sıra ölkələrdə beşə yaxın yeni və analoqu olmayan təhsil, xeyriyyə, elm və humanitar strukturların yaradılması və dəstəyinə görə nüfuzlu şəxslər tərəfindən təqdim edilib. Namizədlər Ruben Vardanyanın xeyriyyəçi və xeyriyyəçi imicini təsirli və beynəlxalq səviyyədə tanınmağa layiq hesab ediblər və onun müharibələr və onların təhdidləri, maliyyə və siyasi böhranlar zamanı da humanitar, xeyriyyə və sosial proqramlar vasitəsilə uzunmüddətli sabitlik və inkişaf üçün alətlər təqdim etməyə yönəlmiş ardıcıl səylərini qiymətləndiriblər…
Bu kontekstdə onun mühasirədə olan artsaxdakı fəaliyyəti xüsusi qeyd olunub… Vardanyana namizədliyi irəli sürülmüş hörmətli şəxslərin məktubunda onun təkcə öz xalqına, dininə deyil, başqalarının irsinə də hörmətlə yanaşması da mühüm hesab olunur. Bunun bariz nümunəsi kimi Ruben Vardanyanın təşəbbüsü ilə təmir edilmiş Şuşa İran məscidinin adı çəkilir", - Ruben Vardanyanın ofisindən news.am-a bildirilib.
Əgər on illərlə Azərbaycan torpaqlarının işğalına, Azərbaycan xalqına qarşı terrora, separatçılığa dəstək vermis, sonda isə qanunsuz olaraq Qarabağa daxil olaraq birbaşa həmin ərazimizin qoparılması üçün fəaliyyət göstərmiş, birinin Nobel Sülh Mükafatına namizədliyi qəbul ediləcəksə, həmin Mükafatın əsil mahiyyəti bir daha aydın olacaq…
Xatırladaq ki, 2023-cü il sentyabrın 27-də Ermənistanla sərhədi keçməyə cəhd edən zaman həbs edilmiş Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələrlə həbs edilib və ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib…
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Temperatur 10° enəcək - Xəbərdarlıq
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Keçmiş nazirin oğluna vəzifə verildi
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Bu günə olan qızıl və gümüş qiymətləri
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi