Ermənistan uçuruma gedir: Laçında yalan dezinformasiya yayır, atəşkəsi pozur - Müharibə başlaya bilər?
Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bununla yanaşı, Ermənistan tərəfindən atəşkəs pozulub. Eyni zamanda, son zamanlar sosial şəbəkələrdə şəhid və yaralıların olması, Laçın komendant saatının elan edilməsi ilə bağlı dezinformasiyalar yayılıb. Aydındır ki, Ermənistan Brüssel görüşündən sonra, sərhədboyu təxribatları genişləndirib. Bəs sözügedən dezinformasiyalar Ermənistan tərəfindən yayılır?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev deyib ki, Ermənistan Azərbaycan ilə iki istiqamətdə vəziyyəti gərginləşdirir:
"İlk olaraq şərti sərhəd üzərində təxribatlar törətməklə atəşkəsin pozulması üzrə addımlar atır. Digər tərəfindən informasiya cəbhəsində müharibəni davam etdirir. Ermənistanın daxilində "Azərbaycandan hücumlar gözlənilir" kimi xəbərlər yayılır. Sankı onlar xalqı qorxutmaq və onları blokadada saxlatmaq üçün informasiyalar yayırlar. Bunun üzərindən Azərbaycan tərəfində müharibə öncəsi vəziyyət var kimi məsləhətlər verirlər. Bunların hamısında məqsəd Azərbaycanı təxribatlara çəkmək, aktiv əməliyyatlara aparmaq üzrə addımlar atılır. Bunun arxasında müəyyən niyyətlər var. Azərbaycan müharibəyə başlasın və qərbdəki müttəfiqlərinə desinlər ki, mövqelərimiz təhlükədədir. Ermənistan maksimum dərəcədə çalışacaq ki, təxribatları davam etdirsin. Onlar Avropa müttəfiqlərindən almaq istədiklərinə nail olmağa çalışacaqlar. Bununla yanaşı Avropadakı siyasi institutlarında Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi üzrə addımlar atmağa çalışırlar. Ermənistanın gizli planları var və bu kimi dezinformasiyaların yayılmasında diqqətli olmaq lazımdır".
Xatırladaq ki, MEDİA və DTX sözügedən əməllərin törədilməsinin ciddi hüquqi məsuliyyətə səbəb olduğuna dair xəbərdarlıq edərək, media subyektlərini və jurnalistləri sosial şəbəkələrdə yayımlanan qeyri-dəqiq, mənbəyi bilinməyən məlumatlardan istifadə etməməyə, vətəndaşları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, sosial şəbəkələrdə yayılan, rəsmi mənbələrə söykənməyən əsassız informasiyalara inanmamağa çağırır.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Temperatur 10° enəcək - Xəbərdarlıq
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Keçmiş nazirin oğluna vəzifə verildi
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Bu günə olan qızıl və gümüş qiymətləri
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi