Atasını işə göndərib oğlanı otağına çağıran qız - Bakıda baş verən cinayətin TƏFƏRRÜATI - VİDEO
Bakıda kişi qızının sevgilisini boğaraq öldürüb.
Belə ki, həyat yoldaşı həyatını itirdikdən sonra Əkbər (adlar şərtidir) qızı Arzu ilə birlikdə yaşayırdı. Əkbər hər zaman olduğu kimi işə getmək üçün evdən çıxanda qızının qapının ağzında cavan bir oğlanla həmsöhbət olduğunu görür və Arzudan onun kim olduğunu soruşub.
Qızı isə onun tələbə yoldaşı Rahib olduğunu, söz soruşmağa gəldiyini bildirib. Elə həmin gün Əkbər işə gedəndən sonra Rahib onların evinə gəlir və evdə tək olan Arzu ilə yaxın münasibətdə olub.
Əkbər axşam evə gələndə qızına öyüd-nəsihət verib və ümumiyyətlə gənc olduğu üçün hər şeydə diqqətli olmağı tapşırıb. Bir neçə gün sonra Əkbər işdə olanda Rahib yenə gizlincə onların evlərinə gəlir, Arzu ilə birlikdə olur. Həmin zaman Əkbər nahara evinə getməyə qərar verir, amma Arzu ilə Rahibin bundan xəbəri olmur.
Əkbər onları birlikdə yaxalayır və Rahibə qışqıraraq "sən nə hünərlə bura gəlmisən", deyir. Rahib isə cavabında imtahana hazırlaşdıqlarını bildirib. Amma buna baxmayaraq, Əkbər onu təhqiramiz şəkildə evdən qovub. Qızına da qışqıraraq öz otağına keçməsini tapşırıb. Növbəti gün Əkbər yenə də işdəydi. Gözlənilmədən Rahib onun iş yerinə gəlir. Əkbər Rahibin onun yanına gəlməsinə və üzrxahlıq etməsinə əhəmiyyət vermir.
Bundan daha çox qəzəblənən Əkbər Rahibi maşınına otuzduraraq onunla təkbətək söhbət etmək istədiyini bildirir. Avtomobili sürətlə idarə edən Əkbər yolboyu hara getdiklərini öyrənməyə çalışan Rahibi hədələyir və ağlındakı planı gerçəkləşdirmək üçün ən uyğun yeri axtarır.
Əkbər maşını sahibsiz bir ərazidə saxlayır və daha sonra Rahibi qarajdan götürdüyü kəndirlə boğaraq qətlə yetirir və meyitii yaxınlıqdakı gölə atır.
Daha ətraflı Baku TV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Temperatur 10° enəcək - Xəbərdarlıq
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Keçmiş nazirin oğluna vəzifə verildi
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi