Deputatlığa namizəd olan iş adamının ölkədən çıxışına qadağa qoyula bilər

Deputatlığa namizəd olan iş adamının ölkədən çıxışına qadağa qoyula bilərİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsi Əlisəfazadə Anar Əlisəfa oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar olaraq məhkəməyə müraciət edib.

Yeniavaz.com xəbər verir ki, Vergi Xidmətinin müraciəti Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazova tərəfindən araşdırılacaq.

Məlumat üçün bildirək ki, təxminən 2 ay əvvəl İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əlisəfazadə Anar Əlisəfa oğlunun rəhbərlik etdiyi "Sea Breeze Shıkh" MMC-yə (VÖEN – 1601203301) qarşı da məhkəmə iddiası qaldırıb.

Bildirilirdi ki, nazirlik "Sea Breeze Shıkh" MMC-ni icarə müqaviləsi üzrə mübahisələrlə əlaqədar məhkəməyə verib. Bu iddia üzrə araşdırma isə Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynov tərəfindən aparılacaq.

Onu da bildirək ki, Anar Əlisəfazadə 2020-ci ildə keçirilən sonuncu parlament seçkilərində 32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizədliyini irəli sürüb. Daha sonra seçkinin nəticələri ilə razılaşamyan digər namizədlərlə birgə MSK-ya müraciət edərək seçkinin nəticələrinin ləğvini tələb edib.

Anar Əlisəfazadə MSK-ya təqdim etdiyi tərcümeyi-halında özünü "Airtrips.az" MMC-nin (VÖEN- 1303699561) qanuni təmsilçisi kimi təqdim edib.

Məlumat üçün onu da bildirək ki, Anar Əlisəfazadə adları qeyd olunan şirkətlərdən başqa 2016-cı ildə dövlət qeydiyyatına alınan "Aircell" MMC-nin (VÖEN – 1503124491) və 2017-ci ildə dövlət qeydiyyatına alınan "Saffcell" MMC-nin (VÖEN – 1503833691) qanuni təmsilçisi olub.

Anar Əlisəfazadə hazırda bu şirkətlərdən yalnız "Sea Breeze Shıkh" MMC-nin qanuni təmsilçisidir. Digər şirkətlərin qanuni təmsilçisi və hüquqi ünvanları dəyişib. "Aircell" MMC-nin adı dəyişdirilərək "Erochain SC" MMC olub.

Nazirliyin məhkəməyə verdiyi Anar Əlisəfazadənin adı 2020-ci ildə Şöhrət Salmanov adlı proqramçı ilə aralarında yaşanan maliyyə qalmaqalında da keçib.

Şöhrət Salmanov iddia edib ki, "Airtrips" və "Aircell" şirkətinin direktoru Əlisəfazadə Anar Əlisəfa oğlu ona müraciət edərək "aircenter.az" və "cij.az" saytlarının hazırlanması üçün sifariş verib. Onun sözlərinə görə, Anar Əlisəfazadə sayt hazır olduqdan sonra nəzərdə tutulan xidmət haqqını ödəməyib.

Qeyd edək ki, iddiada adı keçən hər iki saytın – "aircenter.az" və "cij.az" domeinlərinin sahibi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyevdir. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi 2019-cu ildə yaradılan dövlət qurumudur. "Aircenter.az" saytı da bu mərkəzin rəsmi saytı kimi fəaliyyət göstərir. Fərid Şəfiyev 2009-2014-cü illərdə Azərbaycanın Kanadada, 2014-2019-cu illərdə isə Çexiyada fövqəladə və səlahiyyətli səfiri olub. O, həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında da Azərbaycan Respublikasının daimi nümayəndəsi olub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1461   Tarix: 17 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr
.

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə

5 noyabr
.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr