"Gec-tez Fransa Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etdiyini qəbul etməlidir" - DEPUTAT
"Fransa Azərbaycandakı səfiri Ann Buayonu məsləhətləşmələr üçün geri çağırıb".
Bunu Sonxeber.az-a danışan deputat Aydın Hüseynov bildirib.
Deputat qeyd edib ki, Fransanın məsləhətləşməsi nə ilə bitəcəyi məlum deyil:
"Amma Azərbaycanın xarici siyasəti və diplomatik addımları məlumdur. Azərbaycanın suverenliyinə və ərazi bütövlüyümüzə, milli, dövlətçilik maraqlarına zidd mövqedə dayanan ölkələrə dövlətimiz hər zaman adekvat münasibətini bildiribdir. Fransa öz səfiri ilə məsləhətləşib, dövlətimizin suverenliyinə və ərazi bütövlüyümüzə, milli, dövlətçilik maraqlarına zidd qərar verəcəksə Azərbaycan buna uyğun olaraq özünün adekvat addımlarını atacaq. Qaldı ki, Fransadakı Azərbaycan səfirinin geri çağrılmasına məsələsinə əminəm ki, dövlətimiz bununla bağlı ən doğru qərarı verəcəkdir".
Deputat vurğulayıb ki, Fransanın son 3 il yarım müddətdə Azərbaycana qarşı qərəzli mövqe tutur:
"44 günlük Vətən müharibəsindən sonrakı dövrdə qəbul olunan qətnamələr, səfirliyimizə qarşı edilən hücumlar və Azərbaycan şairəsi Xurşidbanu Natəvanın büstünə qarşı edilən vəhşilik bunu sübut edir. Fransa və Ermənistanı himayə edən qüvvələr bölgədə sülhün təmin olunmamasına çalışır. 30 il ərzində Fransa gizli şəkildə Ermənistana dəstək olub. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbədən sonra Fransa öz simasını büruzə verdi. Gec-tez Fransa Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa ediyini qəbul etməli və regiondakı yeni reallıqla barışmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 960 Tarix: 18 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident təqaüdçüləri ailə qurur
2021-ci ildə Prezident təqaüdçüləri olan Ruslan Murtuzov və Arzu Məmmədova ailə həyatı qurur. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsi paylaşım edib. Bildirilib ki, Sumqayıtda yerləşən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın və İstedad liseyinin məzunlar
18 avqustAvqustda dənizə gedənlər nələrə diqqət etməlidir? - AÇIQLAMA
Dəniz mövsümünün sonu yaxınlaşdıqca çimərliklərdə insan sıxlığı azalsa da,təhlükəsizlik qaydalarına diqqət hələ də vacibdir.Günəş, külək, dalğaların vəziyyəti və dənizdə yaranan gözlənilməz risklər istirahəti təhlükəli vəziyyətə çevirə bilər.Bəs dənizdə istirahət edərkən nələrə diqqət etməliyik?. Mövz
19 avqustAstaranın üç kəndində qaz olmayacaq
Astarada üç kənddə qaz olmayacaq. xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 20-də saat 10:00-dan etibarən Astara rayonunun Təngərüd, Maşxan və Lələkəpeştə kəndlərinin qaz təchizatında müvəqqət
19 avqustTƏBİB sədri baş həkimi işdən çıxardı - Yenisini təyin etdi
Bakıda tibb müəssisəsinin baş həkimi vəzifəsindən azad olunub. Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) icraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Zığ Sağlamlıq Mərkəzinin baş həkimi Naibə Əzizova işdən çıxarılıb
18 avqustSevgilisinin qızıllarını oğurladı, borclarını ödədi (TƏFƏRRÜAT)
Xırdalanda birlikdə yaşadığı qadının evdən çıxmasından istifadə edən şəxs onun qızıl-zinət əşyalarını oğurlayıb. Qaynarinfo xəbər verir ki, həmin şəxs qızılları tanımadığı mağazaya 1800 manata satıb, əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına və borclarına xərcləyib. Hüquq mühafizə orqanlarına müraciətdə
19 avqustXƏBƏRDARLIQ - Hava bu tarixdən PİSLƏŞİR
Avqustun 20-si gündüzdən şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal
19 avqust2026-cı ildə ev almaq, yoxsa gözləmək? - AÇIQLAMA
Daşınmaz əmlak bazarında qiymətlərin son dövrdə artması ev almaq istəyənləri düşündürən əsas suallardan birini gündəmə gətirib: 2026-cı ildə mənzil almaq daha sərfəlidir, yoxsa qiymətlərin düşməsini gözləmək?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -a açıqlama verib: . "Qiymətləri
18 avqustAzərbaycanın qlobal gündəlikdə yeni mərhələsi: G20 Zirvəsinə dəvət
"Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp tərəfindən 2026-cı il dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət olunması, şübhəsiz ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisinin mühüm göstəricilərindən biridir. ABŞ-ın G20 sədrliy
19 avqust