"Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA
Ötən günlərdə Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Bundan əvvəldə sözügedən ərazidə dəhşətli yanğın hadisəsi baş vermişdi. Hər iki yanğın hadisəsinində əsas məsələ isə obyektlər və mal-materialın sığortalanması halı olmadı. Vətəndaşların isə əsas narazılığı budur ki, sığorta şirkətləri taxta materiallarını sığortalamaqda maraqlı deyillər. Bəs sığorta şirkətləri taxta materiallarını niyə sığortalamır.
Mövzu ilə bağlı Sonxeber.az-a danışan sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov bildirib ki, bu məsələ ilə bağlı daşınmaz əmlakın icbari sığortası və digər tərəfdən daşınan əmlakın könüllü sığortası ölkəmizdə mövcuddur:
"Bildiyimiz kimi, daşınmaz əmlakın sığortası binanı, qurğuları sığortalamaq ilə məşğuldur. Bu sığorta növü məcburi xarakter daşıyır. Yəni sənədi olan hər kəs sığortalanmaya cəlb olunmalıdır. Lakin onun içərisindəki satış məqsədilə olan materiallar daşınan əmlakın könüllü sığortasıdır. Bu könüllü şəkildədir və dövlət bunun üçün məcbur etmir. Bu məsələ ilə bağlı bir məqam var ki, sığorta şirkətləri burada sənədli yerlər ilə bağlı sığortalamada maraqlıdır. Bu da onunla bağlıdır ki, sənədi olmadan yerlərin sığortalanması qeyri-mümkündür".
Ekspertin sözlərinə görə, məsələ isə gələcəkdə baş verən sığorta hadisəsinin hesablanması ilə bağlıdır. Yəni bir VÖEN açılır və orada aylıq gəlirlər göstərilməyib. Yəni nə qədər mal-materialın daxil olduğu yaxud satışı ilə bağlıdır. Yəni bu qalıq dəyər ilə əlaqəlidir və risklə bağlıdır:
"Həmin məsalələrdə sabah sığorta şirkəti dəqiq bilməlidir ki, burada qalıq dəyəri nə qədərdir və ödənişi ona görə təyin edir. Ona görə də hər bir halda birinci növbədə sahibkarlıq şəffaflaşmaga doğru getməlidir. Belə ki, VÖEN-ləri ilə birlikdə, satdıqları mallar görülməlidir. Vergi bəyannamələrində şəffaflaşma olmalıdır. Digər tərəfdən sahibkarlar sənədli yerlərdə müqavilə bağlanmalıdır ki, sığorta şirkətləridə gəlib yanğın baş verən zaman məsələ ilə bağlı maraqlana bilsin. Bu məsələlərdən sonra, rəqabət olaraq aparırlar ki, oranı sığortalasınlar. Yəni bu kimi hallar oranı sığortalamada şirkətləri çəkindirir. Gələcəkdə baş verən hadisələr ilə bağlı vətəndaşların riski bu şəkildə sığortalanmır. Baş verən hadisələrdən sonra isə onların vəziyyəti çox pis olur".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Temperatur 10° enəcək - Xəbərdarlıq
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Keçmiş nazirin oğluna vəzifə verildi
Bu günə olan qızıl və gümüş qiymətləri
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər