Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO
Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən "Buta Palace"ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb.
"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhum müttəhimin anası Gülarə Məmmədovanın hüquqi varis qismində tanındığı elan edilib.
Xatırladaq ki, Ramiz Taxveli həyat yoldaşı Adelya Taxvelini yaşadıqları evin balkonundan ataraq öldürməkdə ittiham olunur. Bu hadisə 2018-ci ildə baş verib. Taxveliyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib. Lakin təqsirləndirilən şəxs hadisədən sonra anlaqsız vəziyyətdə olduğu təsdiq olduğu üçün məhkəmə istintaqı yarımçıq dayandırılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Taxveli haqda ixtisaslaşdırılmış psixi xəstəxanada məcburi müalicə qərarı qəbul edilib.
Dörd il sonra - bu gün iş üzrə məhkəmə prosesi davam edib.
Sədrlik edən hakim Rasim Sadıxov ilk olaraq mərhum müttəhimin ölüm səbəbini açıqlayıb. Məlum olub ki, R.Taxveli ürəyin işemik xəstəliyindən vəfat edib.
Prosesin davamında Taxvelinin anasının məhkəməyə gəlmək istəmədiyi barədə ərizə göndərdiyi elan edilib. Onu qanuni nümayəndəsi təmsil edib.
Tərəflərin razılığı ilə dayandırılmış məhkəmə istintaqı yenilənib.
İş üzrə baxış iclası mayın 14-ə təyin edilib.
Qeyd edək ki, Ramiz Taxveli isə Azərbaycanın xalq artisti Gülağa Məmmədovun yeganə qızının oğlu idi. Arvadı Adelya Taxveli isə mərhum gənclər və idman naziri Azad Rəhimovun yaxın qohumu olub. Adelyanın anası nazirin xalası qızıdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1376 Tarix: 23 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çarpayıdan yıxılan 83 yaşlı kişi öldü
Paytaxtın Xəzər rayonunda ahıl kişi çarpayıdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 12-si saat 08 radələrində Binə qəsəbəsində baş verib. 1943-cü il təvəllüdlü Alihəsən oğlu Şahmuradov yaşadığı evdə yatdığı çarpayıdan yıxılıb. O, hadisə yerində ölüb. Faktla bağlı Xəzə
14 sentyabrMəhsul üzərindəki bu sözlər diqqət cəlb etmək üçün yazılır - AÇIQLAMA
Marketlərdə müxtəlif meyvə şirələri ilə yanaşı, üzərində "100 faiz təbii", "şəkərsiz", "qatqısız" kimi ifadələr yazılan məhsullara da rast gəlinir. Bu ifadələr istehlakçıda məhsulun daha sağlam və keyfiyyətli olduğu təəssüratı yarada bilər. Lakin məhsul seçərkən yalnız qablaşdırmanı
14 sentyabrBeş nəfərin yanaraq öldüyü dəhşətli qəzada yaralanan şəxs də VƏFAT ETDİ - FOTO
Zərdabda altı gün əvvəl yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Reyhan Məhəmmədova dünyasını dəyişib. -ın məlumatına görə, o, müalicə aldığı xəstəxanada vəfat edib. Qeyd edək ki, Zərdab-Ağcabədi avtomobil yolunda baş verən qəza zamanı KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışara
14 sentyabrAzərbaycanlı rejissorun xaricdə oğlu üzə çıxdı - 90 yaşı var
"Əlisəttar Atakişiyevin oğlu ilə bu günlərdə qohumlardan biri əlaqə saxlamışdı. Onların arasında telefon danışığı olub. Bilirsiniz ki, Əlisəttar Atakişiyevin filmləri bu gün efirlərdə nümayiş etdirilir və onun adına qonorar yazılır. Kinogildiyadan yığmışdılar ki, qonorarı onun oğluna necə çatdıraq
14 sentyabrAzərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA
Məktəblərdə bütün yaşdan olan qızlara sırğa taxmağın qadağan edilməsi ilə bağlı məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, hazırda sözügedən məsələ ilə bağlı heç bir təlimat
14 sentyabr