Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş - ARAŞDIRMA
ABŞ-nin Nyu-York Universitetinin alimləri müəyyən ediblər ki, havada kükürd dioksidin (geniş yayılmış çirkləndirici) daha az konsentrasiyası əksər hallarda ağır pnevmoniya ilə özünü biruzə verən təhlükəli xəstəlik olan legionellyozun inkişafına kömək edir.
Tədqiqatın nəticələri PNAS (Proceedings of the National Academy of Sciences) jurnalında dərc olunub.
Qeyd olunur ki, ABŞ-də legionellyoza yoluxma hallarının sayı 2000-ci ildə 1100 halla müqayisədə 2018-ci ildə təxminən 10 min haladək yüksəlib. Bu, pnevmoniyanın ağır formasının inkişafı nəticəsində ağciyər toxumasının zədələnməsi ilə özünü göstərən bir xəstəlikdir. Xəstəlik hallarının artmasının səbəblərini müəyyən etmək üçün tədqiqatçılar ölkədə ekoloji vəziyyətin necə dəyişdiyini öyrəniblər. Məlum olub ki, paradoksal olaraq havanın keyfiyyətinin yaxşılaşması ilə legionellyoz daha çox yayılmağa başlayıb.
Alimlər müəyyən ediblər ki, havada olan "Legionella" bakteriyaları suda yaşayır və ətrafdakı havadan SO2 (kükürd dioksidi) udur. Bu çirkləndiricinin havadakı konsentrasiyasının azalması bakteriyaları daşıyan su damcılarının daha turşulu olmasına səbəb olur. Bu mühit "Legionella" üçün əlverişlidir - onlar hava damcılarında daha çox yaşayırlar. Bu, insanın canlı bakteriyaları nəfəsinə çəkməsi və buna görə də, təhlükəli "Legioner xəstəliyinə" yoluxması ehtimalını artırır.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlərdən yeni kəşf: Ağ saçlar xərçəngdən qoruyur
Yaponiyanın Tokio Universitetinin alimləri saçların ağarması ilə bağlı maraqlı araşdırma aparıblar. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, saçın ağarması təkcə yaşlanmanın əlaməti deyil, həm də orqanizmin təhlükəli genetik dəyişikliklərə qarşı müdafiə mexanizmi ola bilər. Araşdırmada bildirili
20 iyunGündə 6 saatdan çox oturanlar diqqət: Ürək xəstəliyi riskini artırır
Uzun müddət oturmaq bir çox insanı piylənmə riski altına qoyur və xərçəng və ürək xəstəlikləri riskini artırır. xəbər verir ki, lakin Çinli tədqiqatçılar tərəfindən aparılan yeni 10 illik bir araşdırma göstərir ki, hətta çox az oturmaq belə bəzi insanların ümumi sağlamlığı üçün son dərəcə riskli ol
20 iyunÖd kisəsində daşlar niyə yaranır? - Əsas əlamətlər və səbəblər - VİDEO
"Baku Med" verilişinin yeni buraxılışında öd yolları xəstəlikləri haqqında müzakirə aparılıb. Öd kisəsində daşlar necə əmələ gəlir? Öddaşı xəstəliyində hansı hallarda əməliyyat qaçılmaz olur? Öd polipləri və öddaşının əlamətləri eynidir? Bütün poliplərdə əməliyyat zəruridir? Artıq çəki öd xəstəliklər
6 iyunƏn çox allergiyaya səbəb olan giləmeyvələr - Mütəxəssislərdən xəbərdarlıq
Giləmeyvələr sağlam qidalanmanın vacib hissəsi hesab olunsa da, bəzi insanlarda ciddi allergik reaksiyalara səbəb ola bilər. Allergoloqlar bildirirlər ki, xüsusilə çiy halda istehlak olunan bəzi giləmeyvələr immun sisteminin həddindən artıq reaksiyasını tətikləyə bilir. xəbər verir ki, mütəxəssisləri
31 mayTez-tez acanlar bunu oxusun
İnsanın həyatında yaşanan mühüm hadisələr və gündəlik həyatda yaşanan çətinliklər emosional aclığa səbəb ola bilər. Beləliklə, bəzən ac olan bədəniniz deyil, duyğularınızdır. Axşam.az xəbər verir ki, mütəxəssislər insanı çox yeməyə sövq edən amilləri açıqlayıblar. Bildirilib ki, emosional yemək, öhdəsində
13 iyunSu içmək üçün ən doğru vaxtlar
Orqanizmin sağlam fəaliyyəti üçün gün ərzində kifayət qədər və düzgün vaxtlarda su içmək böyük əhəmiyyət daşıyır. qafqazinfo-ya istinadən xəbər verir ki, su istehlakı bədən istiliyinin tənzimlənməsinə, həzm sisteminin işləməsinə və toksinlərin orqanizmdən xaric olunmasına kömək edir. Mütəxəssislər xüsusil
14 iyunXərçəng müalicəsində 3 yenilik - Tibb dünyası bu nəticələri müzakirə edir
Xərçəng müalicəsində ümidverici üç yeni elmi araşdırma tibb dünyasında böyük maraq doğurub. Baş-boyun xərçəngində bəzi xəstələrdə şişlərin tamamilə yox olduğu bildirilərkən, sinə xərçəngində bəzi xəstələr üçün kimyaterapiyasız müalicə ehtimalı gündəmə gəlib. Metastatik pankreas xərçəngində isə eksperimenta
3 iyunHansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
Yay mövsümünün ən məşhur giləmeyvələrindən olan qarpız və yemiş həm susuzluğu yatırması, həm də orqanizmi nəmləndirməsi ilə seçilir. Mütəxəssislər bu iki meyvənin faydalarını müqayisə edərək hansı hallarda hansına üstünlük verilməsinin daha məqsədəuyğun olduğunu izah ediblər. xarici mediaya istinadl
7 iyun