"Nədir, mən də Nazim Gədəbəyskiyəm?"

"Nədir, mən də Nazim Gədəbəyskiyəm?"Keçmiş deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Bəydəmirli haqda seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatət qaldırılıb.

Bəydəmirli özü də vəkilinin vəsatətini müdafiə edib, ev dustaqlığına buraxılmasını xahiş edib: "Mənim nə qaçmaq, nə də istintaqdan yayımmaq fikrim var. Xahiş edirəm, humanizm göstərin".

Məhkəmə qətimkan tədbirinin dəyişdirilməsi üçün əsasların aradan qalxmadığını deyərək vəsatətin təmin edilmədiyini elan edib.

Prosesin davamında prokuror ittiham aktını elan edib.

İttihamda deyilir ki, Nazim Bəydəmirli 1996-cı ildə Rusiyada spirtli içki biznesi ilə məşğul olan azərbaycanlı Mürsəl İbrahimovu kriminal aləmin adamları vasitəsilə özünü və ailə üzvlərini oğurlatdırmaq, öldürməklə hədələyib. Ondan biznesə yatırdığı 40 min dollardan imtina etməsini, əlavə olaraq 70 min dollar pul verməsini tələb edib. Mürsəl İbrahimov isə həm 40 min dollardan imtina edib, həm də Nazim Bəydəmirliyə 28 min dollar pul ödəyib. Nazim Bəydəmirli isə az sonra Mürsəl İbrahimovu yenidən hədələyib və daha 50 min dollar pul tələb edib. Bu dəfə isə 30 min dollar alıb.

Bəydəmirliyə verilən digər ittiham isə özünün də pay sahibi olduğu "Avto-Qarant" ASC ilə bağlıdır. İttihamda göstərilib ki, eks-deputat bu şirkətin Müşahidə Şurasının sədri Ədalət Bağırovu müxtəlif qadınlarla intim görüntülərini internetdə yaymaqla hədələyib, ondan 50 min manat pul tələb eləyib. Bir müddət sonra ondan 10 min manat pul alıb.
"Nədir, mən də Nazim Gədəbəyskiyəm?"Nazim Bəydəmirli məhkəmədə ittihamları qəbul etmədiyini, təqsirsiz olduğunu deyib. Bundan sonra o, sərbəst ifadə verib, ittihamlara münasibət bildirib: "Kimisə kriminal aləmlə, ailəsi ilə hədələmək, ümumiyyətlə, mənlik deyil. Hikmət Sabirabadlı var idi, Rövşən Lənkəranski var idi, nədir, mən də Nazim Gədəbəyskiyəm?!"

"Avto-Qarant"ın rəhbəri ilə bağlı ittihama gəlincə, şirkətin səhmlərinin 30 faizini hərracda satın almışdım. Amma pay sahibi olmağıma baxmayaraq, Ədalət Bağırov məni şirkətə yaxın buraxmırdı. İllərlə sahib olduğum əmlakdan, onun gəlirlərindən istifadə edə bilməmişəm".

Bəydəmirli ifadəsinin davamında deyib ki, onunla Ədalət Bağırov arasında mübahisə davam edən vaxt Gədəbəyin Söyüdlü kəndində yerli əhalinin gölə qızıl zavodundan zəhərli su axıdılmasına etirazları başlayıb. Onun sözlərinə görə, 2009-cu ildə həmin zavodun açılışında Gədəbəyin deputatı kimi iştirak edib. Bu səbəbdən Söyüdlü hadisələri baş verəndə münasibət bildirib: "Bundan sonra bəzi KİV-lərdə mənimlə bağlı böhtanlar yaymağa başladılar. Mənim fəaliyyətimdə dövlətin, xalqın, prezidentin mənafeyinə zidd heç nə yoxdur. Mən indiyə qədər prezidenti tənqid belə eləməmişəm. Ümumiyyətlə, mənim dövlətimin, xalqımın qarşısında heç bir günahım yoxdur. Nə iqtidara aidiyyətim var, nə də müxalifətə. Müstəqil deputat olmuşam. Fəaliyyətimdə də nə varsa, hamısı şəffaflıqla bağlıdır".

Növbəti iclasda Bəydəmirli tərəflərin suallarını cavablandıracaq.

Qeyd edək ki, N.Bəydəmirli 9 ay əvvəl iki nəfəri şantaj etmək ittihamı ilə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə iki nəfər-İbrahimov Mürsəl Fəyaz oğlu və Bağırov Ədalət Əziz oğlu zərərçəkmiş qismində tanınıb.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1178   Tarix: 14 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sevgilisini xüsusi amansızlıqla öldürən iş adamı ilə bağlı YENİ QƏRAR

Bakıda sevgilisini anlaqsız vəziyyətdə öldürdüyünə görə ittiham olunan iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmənin növbəti proses keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən tərəf təqsirləndiriləni

10 aprel
.

Əli Kərimlinin HƏBS MÜDDƏTİ uzadıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddəti uzadılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmə cinayət işi üzrə əlavə sübutların toplanmasının zəruriliyini nəzərə alaraq vəsatəti təmin edib. Qərar

10 iyun
.

Qaradağda böyük əməliyyat: Beş nəfər SAXLANILDI - VİDEO

Qaradağda 70 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar həyata keçiriblər. Bu çərçivədə rayon ərazisind

7 aprel
.

Əməliyyat zamanı qohumunun ölümünə səbəb olan həkim barədə SON QƏRAR

Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən həkim, "AzE Estetik Mərkəzi"nin direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi ilə bağlı yekun qərar elan edilib. -ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsind

13 aprel
.

Həyətdə yıxılan 48 yaşlı kişi öldü

Paytaxtın Qaradağ rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, aprelin 15-i saat 18 radələrində Lökbatan qəsəbə sakini 1978-ci il təvəllüdlü Sərvan Məhərrəmov yaşadığı evin həyətində yıxılaraq ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılı

16 aprel
.

70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu

İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda hökm oxunub

27 aprel
.

Tut ağacından yıxılıb öldü

Gəncə sakini ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsi AKTA 6 ünvanında baş verib. Belə ki, 62 yaşlı Bəhram Aslanov tut ağacından yıxılıb və hadisə yerində vəfat edib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb

13 iyun
.

Dövlət xidmətində rüşvət ƏMƏLİYYATI: Saxlanılanlar var

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində əməliyyat keçirilib. "Report"a istinadla xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində iki nəfər vəzifəli şəxs saxlanılıb. Onla

23 aprel
.

25 yaşlı oğlan işlədiyi bağda öldü

Tərtər rayonunda gənc oğlan tənəffüs çatışmazlığından vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə mayın 7-si saat 16 radələrində Tərtər şəhərinin ərazisində yerləşən bağda baş verib. Orada işləyən Yevlax rayon sakini 2001-ci il təvəllüdlü Dünyamin Ayaz oğlu Hümbətov astma bronxit xəstəliyində

9 may