Qətlə görə saxlanılan şəxs direktor müavini imiş - YENİLƏNİB + FOTO

Qətlə görə saxlanılan şəxs direktor müavini imiş - YENİLƏNİB + FOTOMüsavat Partiyasının itkin düşmüş fəalı Natiq Mehdi qətlə yetirilib. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumata əsasən, onun iş yoldaşı 1966-cı il təvəllədlü Elsevər Eldar oğlu İslamov tərəfindən şəxsi münasibətlər zəminində öldürülməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Elsevər İslamov Xətai rayonunda yerləşən 55 nömrəli məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) olub.

O, ixtisasca fiziki tərbiyə müəllimidir.

Qeyd edək ki, Natiq Mehdi həmin məktəbdə mühafizəçi vəzifəsində çalışırmış.
Qətlə görə saxlanılan şəxs direktor müavini imiş - YENİLƏNİB + FOTO18:01

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda Xətai rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun öldürülməsi barədə birgə məlumat yayıb.

"Report" xəbər verir ki, N.Mehdinin cari ilin may ayının 9-da itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Bildirilib ki, Xətai rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq Mehdinin qeyd olunan tarixdə saat 23 radələrində iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən paytaxtın Xətai rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib.

Natiq Mehdinin meyiti basdırıldığı yer Elsevər İslamovun istintaqa verdiyi ifadə əsasında müəyyən olunaraq prokuror-kriminalistin və ekspert iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsilə işi başlanıb. Elsevər İslamov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

"Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir", - deyə məlumatda qeyd olunub.

15:50

Müsavat Partiyasının itkin düşmüş fəalının qətlə yetirildiyi məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Natiq Məhəmməd oğlu Mehdinin itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

1964-cü il təvəllüdlü Natiq Məhəmməd oğlu Mehdinin iş yoldaşı, 1966-cı il təvəllüdlü Elsevər Eldar oğlu İslamov tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edib. Elsevər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Natiq Məhəmməd oğlu Mehdi Müsavat Partiyasının fəallarından olub.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1465   Tarix: 14 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qobustanda ağır qəza - 27 yaşlı sürücü öldü

Dünən saat 23 radələrində Qobustan rayonunun Təklə kəndi ərazisində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə, sürücü 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb. Araşdırma aparılır

8 avqust
.

Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər

Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl

5 avqust
.

Toydan gələrkən qəzaya düşdü - Fotolar

Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl

4 sentyabr
.

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı

Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili

31 avqust
.

Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd

19 avqust
.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Qubada qəzada 5 nəfər yaralandı, biri uşaqdır - Foto

Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Mercedes" markalı minik avtomobil ilə "İveco" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb

17 avqust
.

Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu

18 sentyabr
.

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç

2 sentyabr