Sement istehsalçıları "Xalis Sıfır Sürətləndirici" təşəbbüsü ilə COP29-a hazırlaşır (FOTO)

Sement istehsalçıları "Xalis Sıfır Sürətləndirici" təşəbbüsü ilə COP29-a hazırlaşır (FOTO)Bu yaxınlarda ölkənin sement sənayesinin aparıcı şirkətləri "Norm" ASC, Holcim Azərbaycan ASC, Arkoz Sement və Reges Sement bir araya gələrək Azərbaycan Sement İstehsalçıları Assosiasiyasını (ASİA) təsis ediblər.

6-7 may tarixlərində assosiasiyanın "Xalis Sıfır Sürətləndirici" (Net Zero Accelerator) təşəbbüsü ilə bağlı ilk tədbiri baş tutub. İkigünlük tədbir seminarlar şəklində təşkil olunub və CO2 emissiyalarının azaldılmasının bütün dəyər zənciri boyunca aparılması, eləcə də bu sahədə qanunvericilik və tənzimləmələrin müzakirəsi üçün ayrı-ayrı sessiyalara beton istehsalçıları, inşaat şirkətləri, müxtəlif dövlət qurumları və qeyri-hökümət təşkilatlarından nümayəndələr dəvət olunublar. Tədbir boyunca geniş müzakirələr aparılıb, sual-cavab sessiyaları təşkil olunub və təkliflər nəzərdən keçirilib.

Tədbirin ilk günündə assosiasiya üzvləri ilə Avropanın nüfuzlu sement tədqiqatı üzrə qurumu olan ECRA (European Cement Research Academy) arasında Anlaşma Memorandumu imzalanıb.

Əməkdaşlıq çərçivəsində Azərbaycan sement sənayesi üçün "Xalis Sıfır Yol Xəritəsi"nin hazırlanması, iqlim dəyişmələrinin təsirinin azaldılması (mitiqasiya), həmçinin dayanıqlı inkişaf və emissiyaların azaldılması strategiyaları ilə bağlı biliklərin, mövcud resursların və ən yaxşı təcrübələrin mübadiləsi nəzərdə tutulur. Yol xəritəsinin hazırlanması, hədəflərin təyin olunması və strategiyaların müəyyən edilməsi üçün yerli sənayenin mütəxəssisləri iqlim dəyişikliyi üzrə beynəlxalq ekspertlərlə və müvafiq dövlət qurumları ilə birlikdə işləyəcəklər. Bu yolda dövlət siyasəti rəhbər tutulmaqla, Avropa Sement Tədqiqatı Akademiyasının və Qlobal Sement və Beton Assosiasiyasının elmi-praktiki təcrübələrindən istifadə olunacaq.
Təşəbbüs çərçivəsində şirkətlər sement və beton sektorunda CO2 emissiyalarının azaldılmasına imkan verən irəli texnologiyaları tətbiq edəcək, eləcə də sənayenin karbonsuzlaşdırılması cəhdlərinin həyata keçirilməsi üçün lazımi dəstəyin təmin olunmasına çalışacaqlar.

"Xalis Sıfır Sürətləndirici" təşəbbüsü Azərbaycanın sement sənayesi iştirakçılarının dayanıqlı inkişafa sadiqliyini və onların ekoloji cəhətdən məsuliyyətli təcrübələrin sınaqdan keçirilməsinə verdiyi yüksək əhəmiyyəti nümayiş etdirir. Qlobal Sement və Beton Assosiasiyasının rəhbərlik etdiyi təşəbbüsə qoşulmaqla, ASİA üzvləri Azərbaycanın qlobal iqlim öhdəliklərinin yerinə yetirilməsinə töhfə vermiş olacaqlar.

Qeyd edək ki, ölkənin aparıcı sement şirkətləri bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-u da əlverişli fürsət kimi dəyərləndirirlər və davamlı əməkdaşlıq etməklə, mühüm ekoloji hədəflər üzrə strateji planlaşdırmaları həyata keçirmək niyyətindədirlər.
Sement istehsalçıları "Xalis Sıfır Sürətləndirici" təşəbbüsü ilə COP29-a hazırlaşır (FOTO)Sement istehsalçıları "Xalis Sıfır Sürətləndirici" təşəbbüsü ilə COP29-a hazırlaşır (FOTO)Sement istehsalçıları "Xalis Sıfır Sürətləndirici" təşəbbüsü ilə COP29-a hazırlaşır (FOTO)Sement istehsalçıları "Xalis Sıfır Sürətləndirici" təşəbbüsü ilə COP29-a hazırlaşır (FOTO)Sement istehsalçıları "Xalis Sıfır Sürətləndirici" təşəbbüsü ilə COP29-a hazırlaşır (FOTO)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 870   Tarix: 20 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr