İnsanları necə ALDADIRLAR: "Qaçaq yolla ABŞ-ə keçmək, orada yaşamaq hüququ qazanmaq mümkünsüzdür" - AÇIQLAMA

İnsanları necə ALDADIRLAR: "Qaçaq yolla ABŞ-ə keçmək, orada yaşamaq hüququ qazanmaq mümkünsüzdür" - AÇIQLAMAABŞ-yə getmək istəyən azərbaycanlıların sayı az deyil. Hər kəs bu ölkəyə rəsmi qayda da gedə bilmir. Bu zaman isə qaçaq yola üz tutulur. İddia edilir ki, qaçaq yolla insanların ABŞ-yə aparılması ilə məşğul olan şəxslər bunu minlərlə dollar müqabilində həyata keçirir. Qanunsuz miqrasiyanın qarşısının alınması üçün Meksikada aktiv tərəf kimi göstərməyə çalışır. Azərbaycadan qaçaq yolla xaricə gedən vətəndaşlar iş tapa bilir, yoxsa insan alverinə qurban olur?

Məsələ ilə bağlı "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov açıqlama verib.

O bildirib ki, cəmiyyətdə qeyri-qanunu yolla həmin ökədə qaçqın statusu alıb, qalmağın mümkün olduğu ilə bağlı fikir formalaşıb:

"Təəssüflər olsun ki, Azərbaycanda cəmiyyətində olan bəzi stereotiplər insanların aldadılmasına gətirib çıxarır. İnsanlar xarici gedmənin müxtəlif yollarından danışanda, qeyri-qanunu miqrasiya barədə də geniş şəkildə məlumat verirlər. Hətta cəmiyyətdə qeyri-qanunu yolla həmin ökədə qaçqın statusu alıb, qalmağın mümkün olduğu ilə bağlı fikir formalaşdırırlar.

Yaxud da öz statusunu leqallaşdıra bilir. ABŞ ilə bağlı cəmiyyətdə mövcud olan fikirlər, onların bu addıma atmasına səbəb olur. Eyni zamanda Meksika üzərində ABŞ-ə keçməyin mümkün olduğunu bildirirlər. Bu fikir ona görə formalaşıb ki, Meksika və ABŞ arasında sərhəd demək olar ki, qorunmur. İnsan qaçaqmalçıları bu yalla nə qədər miqrantı qeyri-qanuni yolla ABŞ-ə keçirdirlər. Amma bu məqam hazırda ABŞ hökümətinin diqqətindədir. Hazırda bu məsələ ilə bağlı mübarizə aparılır.

A.Allahverənov Meksika üzərindən ABŞ-ə keçmək, orada yaşamaq hüququ qazanmaq mümkünsüz olduğunu bildirib:

"İnsanlar başa düşməlidir ki, Meksika üzərindən ABŞ-ə keçmək, orada yaşamaq hüququ qazanmaq mümkünsüz məsələdir. Bəzi şəslər sadəcə olaraq hansısa əlaqələrlə bu hüququ qazana bilir. Amma bu çox cüzi faizidir .Bu cüzi imkandan Azərbaycandan gedən miqrantlara yox, Amerika qitəsindən olan vətəndaşlara aid olur.

İnsanlar qeyri-qanuni yolla miqrasiya etməkdən çəkinməlidir. Bundan istifadə şəxslər, daha sonra miqrantları istismara məruz qoya bilirlər. Nəticə etibarı ilə miqrantlar arasında həyatlarını itirənlər də olur. İnsanlar qeyri-qanuni miqrasiyadan uzaq durmalıdır".

Gülcahan Məmmədova


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2185   Tarix: 24 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yeni il süfrəsində ən çox hansı məhsulların qiyməti arta bilər? - AÇIQLAMA

Yeni il bayramı yaxınlaşdıqca ərzaq məhsullarına tələbatın artması bazarda qiymət dəyişikliklərini gündəmə gətirir. Pomidor, xiyar kimi mövsümi məhsulların istehsalında istixana xərcləri, ət və balıq məhsullarında idxal və logistika amilləri, qoz-fındıq və digər ərzaqlara artan tələbat qiymətlərə təsi

13 noyabr
.

Hotellərə yeni tələb qoyulur

Azərbaycanda hotellərin üzərinə yeni tələb qoyulur. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, mehmanxana (hotel) və sanatoriya fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən onların rüb ərzində xidmət göstərdiyi ölkəyə turis

5 noyabr
.

Azərbaycanda çips vergiyə cəlb olunacaq

Çips aksizli mal olacaq və hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, çipsin aksizli malların dairəsinə daxil edilməsi, yerli istehsalda hər kiloqrama görə 1 manat məbləğində aksi

5 noyabr
.

Azərbaycanda bu balığın hər tonuna görə 2000 manat PUL VERİLƏCƏK

"2027-ci il yanvarın 1-dən balıqçılıq və akvakultura sahəsinə də subsidiyaların və güzəştlərin verilməsinə başlanılacaq". -a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, akvakultura və balıqçılıqda istifadə oluna

5 noyabr
.

Azərbaycanda 9 ayda nəqliyyat dəhlizləri ilə daşınmış yükün həcmi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan keçən nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 12 milyon 81,7 min ton yük daşınıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bundan başqa, məlumata görə, hesabat dövründə dəniz nəqliyyatı ilə 5 milyon 370,1 min ton, və avtomobi

16 noyabr
.

Qızıl və gümüş bahalaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 1,42% artaraq 4 132.6 ABŞ dollarına bərabər olub. "AzPolitika" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 2,14% artaraq 53.06 dollar təşkil edib

9 noyabr
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

9 noyabr
.

Azərbaycanda siqaret yenidən bahalaşacaq? - İqtisadçıdan AÇIQLAMA

Azərbaycanda siqaretin qiymətinin yenidən artması ehtimalı gündəmdədir. Belə ki, 13 noyabr 2026-cı il tarixli qərarla idxal olunan siqaret, siqar və siqarillalara tətbiq edilən gömrük rüsumunun 2030-cu ilin sonunadək 15 faiz, lakin hər 100 ədəd üçün 3 ABŞ dollarından az olmaması müəyyən edilib. Bunda

17 noyabr
.

Azərbaycanda qızılın son qiymətləri

Azərbaycanda 2026-cı il 12 noyabr tarixinə olan qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 12 noyabr 2026-cı il tarixinə olan məlumata görə, ölkədə 1 unsiya qızılın qiyməti 6881.07 manat, 1 qram təmiz qızılın (99 əyyar) qiyməti isə 221.23 manat təşkil edir. Digər əyyarlar üzr

12 noyabr