Qanunsuz hərbi forma geyinənləri hansı cəza gözləyir?

Qanunsuz hərbi forma geyinənləri hansı cəza gözləyir?Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər igidlərin erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi.

Müharibədən sonra isə şəhərdə hərbi geyimdə gəzən şəxslərin sayı kifayət qədər artıb. Natəmiz, uyğunsuz daşınılan bu geyimlərin hərbi geyim qaydalarına zidd olduğu da gözdən yayınmır. Bəzi hallarda isə hərbi formada gəzən şəxslərin ümumiyyətlə müharibə iştirakçıları olmaması faktları da üzə çıxıb.

Bəs, hansı şəxslər üçün hərbi geyimlə gəzmək qadağandır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, müddətli həqiqi hərbi xidmətə çağırılan və ya səfərbərliklə hərbi xidmətə cəlb olunan heyətə tərxis olunduqdan sonra hərbi geyimlə gəzməyə icazə verilmir:

"Zabit və gizir heyətinin hərbi xidmətdən sonra hərbi geyim forması gəzdirməsi haqqında şəxsiyyət vəsiqəsində xüsusi qeydlər olur. Bu qeydlər əsasında hərbi geyim daşına bilər. Digər hallarda qanunsuz olaraq hərbi geyim formasını daşıyanlarla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 300 manatdan 500 manatadək cərimə nəzərdə tutulub.
Qanunsuz hərbi forma geyinənləri hansı cəza gözləyir?Lakin bu cərimələrin müvafiq icra strukturları tərəfindən tətbiq edilməməsi bəzi şəxslərin yeri gəldi-gəlmədi formada gəzməsinə, bəzən isə müxtəlif çirkin məqsədlərlə geyinilməsinə gətirib çıxarır. Bu da azmış kimi, bəziləri üzü-başı natəmiz olduğu halda hərbi geyimi daşıyırlar".

Ekspertin fikrincə, sözügedən hal orduda xidmət edən zabitlərin və vətəndaşlarımızın haqlı narazılığına səbəb olur:

"Bu baxımdan hesab edirəm ki, bizim həm hərbi polis, həm də mülki polis orqanları belə geyimdə gəzən şəxsləri gördükdə saxlamalı və sənəd tələb etməlidir. Sənəd yoxdursa, müvafiq cəza tədbirləri reallaşdırılmalıdır. Bu mənzərə dözülməz bir hala çevrilib. Dövlət strukturlarının tədbirlərində bəzən hərbi geyimdə gələn hərbi qulluqçuların səliqəsi, geyimi qaydasında olmur.

Bundan əlavə, tədbirə gələn şəxslər öz qoşun növünə aid olmayan geyimi geyinirlər. Azərbaycanda kimə baxırsan, komando və ya XTQ formasında gəzir. Halbuki orduda həm tankçılar, həm topçular, həm də quru qoşunlarının nümayəndələri var. Ona görə də hüquq-mühafizə orqanları təcili şəkildə bu prosesin qarşısını almalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1172   Tarix: 30 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr