Ana 19 yaşlı uşağının əlillik dərəcəsinin düzgün verilmədiyini iddia edir

Ana 19 yaşlı uşağının əlillik dərəcəsinin düzgün verilmədiyini iddia edir"Uşağı hansı xəstəxanaya aparsam mənə deyirlər ki, 85 faiz sağlamlığını itirib. 85 faiz sağlamlığını itiribsə, mənim uşağım haqqında necə deyə bilərlər ki, sağlamdır. Sağlamdırsa arayış versinlər və övladım gedib məktəb oxusun, o cümlədən işləsin. Mən də arxayın olum".

Sonxeber.az xəbər verir ki, bu sözləri Şirvan sakini Aytəkin Qarayeva "Apa TV"yə deyib. Aytəkin Qarayeva oğlu Nahid Qarayevin əlilluk dərəcəsinin düzgün təyin olunmadığını bildirir. Onun sözlərinə görə, 2005-ci il təvəllüdlü Nahid Qarayevi 2017-ci ildə yolu keçərkən avtomobil vurub. Qəza nəticəsində kəllə-beyin travması alan Nahid 4 ay komatoz vəziyyətdə qalıb və 3 ay yataq xəstəsi olub. 2021-ci ilin fevral ayına qədər 2-ci qrup əlillik müavinəti alıb. Lakin sonradan tibbi komissiya tərəfindən əlillik dərəcəsi dəyişdirilib və ona üçüncü qrup əlillik təyin edilib. Ana bildirib ki, oğlu müstəqil heç bir iş görə bilmir:

"Uşağın beynində aldığı zədə nəticəsində atrofiya əmələ gəldi. Yəni elə vəziyyətdə qalır ki, gündəlik tələbatını demir. Nə yemir, nə də danışmır. Bütün gigiyenik işlərini, gəzsə də hamısını özüm edirəm. 6-7 dəfə Bakıda əyani komissiyaya aparmışam. Üçüncü qrup əlillik dərəcəsi təyin ediblər. Xəstəxanalarda deyirlər ki, uşağın vəziyyəti ağırdır. Ona da reabilitasiya və müalicələr lazımdır".

Hazırda ailə Nahid Qarayevə yenidən üçüncü qrup əlillik dərəcəsinin verilməsini istəyir.

Ətraflı "Apa TV"nin süjetində:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 931   Tarix: 31 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr