"Azərlotereya" 2023-cü il üçün 63.2 milyon vergi ödəyib
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru - "Azərlotereya" ASC 2023-cü il üzrə maliyyə hesabatını təqdim edib.
2023-cü ildə "Azərlotereya"nın satışdan gəlirləri 260,96 milyon manat təşkil edib. Lotereya iştirakçıları üçün ayrılmış uduş fondunda artım müşahidə olunub. Bu göstərici 2022-ci illə müqayisədə 21 faiz artıb.
Bununla yanaşı, şirkətin xalis mənfəəti 35,8 milyon manat təşkil edib.
2023-cü il ərzində şirkət 6,8 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 23,5 milyon manatdan 30,3 milyon manata yüksəldib. O cümlədən, "Azərlotereya"nın 2023-cü ilin sonu cəmi aktivləri 96,7 milyon manat təşkil edib. Şirkətin 2022-ci ilin sonunda cəmi aktivləri 87,7 milyon manat olub.
Qeyd edək ki, "Azərlotereya"nın cəmi kapitalı 85 faiz artaraq, 29,3 milyon manata çatıb.
"Azərlotereya"nın 2023-cü il hesabat dövrünə aid hesablanmış sadələşdirilmiş və mənfəət vergisi məbləği 63.2 milyon manat təşkil edib. 2022-ci ildə bu göstərici 54.7 milyon manat olub.
Hesabatla daha ətraflı "Azərlotereya"nın saytından tanış ola bilərsiniz.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 915 Tarix: 31 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind
4 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrRamiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y
4 noyabr