Qəfil ölən vəsiyyətsizlər: Övladlığa götürülən uşaqlara miras necə BÖLÜNÜR? - AÇIQLAMA
Övladlığa götürmə uşaqla övladlığa götürəcək şəxs və ya ailələr arasında əlaqələrin qurulması, qanuni prosedurlara uyğun atılan bir addımdır. Uşaqların qorunması, onların ailə daxilində formalaşması bizim milli-mənəvi dəyərlərimizdən biridir. Övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. Bir uşağın iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülməsinə yol verilmir. Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər.
Əlbəttə ki, bu prosesdə uşağı övladlığa götürən ailələrin miras prosesləri maraqlı suallar yaradır. Əgər övladlığa götürülən uşağın ailəsi vəfat edirsə, mirasın bölünməsi necə həyata keçirilir? Eyni zamanda ailənin özünün övladı varsa, onlar və övladlığa götürülən uşaq arasında mal-mülk necə bölünür?
Mövzunun aktuallığını nəzərə alaraq kiçik bir araşdırma apardıq. Sonxeber.az-a danışan hüquqşünas Şamil paşayev deyib ki, övladlığa götürülən uşaq bu prosesdə qanuni vərəsə hesab olunur:
"Ailə üzvləri ölürsə, bu şəxslərin konkret olaraq əmlakı var. Birinci dərəcəli vərəsələrin mirasdan pay qoyub yaxud vəsiyyət verməməsinin heç bir fərqi yoxdur. Bunlar məcburi mirasdır və övladlığa götürülən uşaq qanuni vərəsədir. Ailənin öz uşağı olsa belə, onlarla övladlığa götürülən uşaq arasında heç bir fərq qoyulmur. Ailələrin özünün və övladlığa götürdüyü uşaq arasında mal bölgüsü eyni formada, bərabər şəkildə aparılır. Onların hər biri birinci dərəcəli vərəsədirlər. Hər birinə valideynin miras payı düşür".
Qeyd edək ki, övladlığa götürmə kənardan eşidildiyi kimi sadə, yəni valideynlər arasında baş tutmuş razılıqla və ya müvafiq müəssisələrin razılığı ilə uşağın övladlığa götürülməsindən ibarət deyil. Uşaqların üstün hüquqlarının həyata keçirilməsi, onların düzgün tərbiyə olunmasına, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasını, uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəlmiş Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətidir.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Keçmiş nazirin oğluna vəzifə verildi
Bu günə olan qızıl və gümüş qiymətləri
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?