Azərbaycanda maaşlar xarici valyuta ilə VERİLƏCƏK? - AÇIQLAMA
Bildiyimiz kimi, Azərbaycanda maaşlar milli valyutamız manat ilə verilir. Lakin bir sıra ölkələr var ki, işçilərə əməkhaqqı xarici valyuta ilə verilir. Buna nümünə olaraq, Ukrayna, Rusiya və Türkiyə kimi ölkələrin adlarını çəkə bilərik. Bəs Azərbaycanda nə vaxtsa maaşlar xarici valyuta ilə verilə bilər?
Mövzu ilə bağlı bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Sonxeber.az-a açıqlama verib:
"Azərbaycanda maaşlar bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir. İşçilərin maaşı vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Maaşın verilməsi işin fərdi yaxud kollektiv nəticələrinə görə aparıla bilər. Maaş işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə yaxud müvafiq ünvana göndərilir. Bütün bunların hamısı qanunvericilikdə öz əksini tapmışdır".
Ekspertin sözlərinə görə, Azərbaycanda maaş heç bir halda xarici valyuta ilə verilə bilməz:
"Bu ilk növbədə Azərbaycan Respublikası Konstitusiyası qanunlarının pozulması deməkdir. Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə əsasən ölkənin yeganə ödəniş vasitəsi, pul vahidi manatdır. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması isə hüququ yalnız Mərkəzi Banka mənsubdur. Sözügedən maddə də bildirib ki, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Bu baxımdan heç bir halda maaşlar xarici valyuta ilə verilə bilməz".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Keçmiş nazirin oğluna vəzifə verildi
Bu günə olan qızıl və gümüş qiymətləri
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?