Xankəndidəki 60 illik "sirli obyekt"lə bağlı qərar – Söküləcək?

Xankəndidəki 60 illik "sirli obyekt"lə bağlı qərar – Söküləcək?Globalinfo TV-nin Xankəndidə yerləşən "Biz və bizim dağlar" ("Nənə və Baba") "abidəsi" ilə bağlı hazırladığı videomüsahibədən sonra sözügedən heykəlin sökülməsi məsələsi yenidən gündəmə gəlib. Bir çox ekspertlər, vətəndaşlar o abidənin sökülməsinin daha məqsədəuyğun olduğunu bildirirlər.

Mövzunu Globalinfo.az-a şərh edən deputat Elman Nəsirov deyib ki, "Nənə və Baba" heykəlinin sökülməsində əsas prinsip məsələsidir.

Onun sözlərinə görə, hansısa heykəlin sökülüb və ya sökülməməsində ilk növbədə prinsip müəyyən edilməlidir:

"Həmin prinsipi ölkə başçısı dəqiq müəyyən edib. Mənası da ondan ibarətdir ki, erməni separatizminin bütün nişanələri sökülməli və onlardan əsər-əlamət qalmamalıdır. Məsələn, Xankəndidəki stadion erməni separatizminin simvolu deyildi, amma orada ayrı-ayrı elementlər onu simvolizə edirdi. Ona görə də həmin elementlər götürüldü, stadion yenidən bərpa edildi. Orada Azərbaycana aid simvollar, eləcə də yazılar ana dilimizdə tərtib edildi. Yəni deməyim odur ki, elementlər götürülsə də, stadion yerində qaldı. Təbii ki, belə də olmalı idi".

E.Nəsirov deyib ki, erməni separatizminə xidmət edən, onu simvollaşdıran, separatizmin mahiyyətini özündə əks etdirən abidələr sökülür:

"Belə olan halda da eyni prinsiplə çıxış edərək həmin abidə və s. söküləcək. Ona görə də istənilən abidənin, yaşayış binasının, müəssisənin qalması və ya sökülməsi məsələsində eyni prinsip işlək vəziyyətinə gətirilir. Sizin dediyiniz məsələdə də erməni separatizmini özündə əks etdirən atributlar varsa, deməli, söküləcək, yoxdursa, yerində qala bilər. Lakin mənim subyektiv fikrimə görə, həmin abidə sökülməlidir. Çünki erməni separatçıları uzun bir dövr ərzində həmin abidəni bütün dünyada nümayiş etdirir, özlərinin kimliyinin göstəricisi kimi təqdim edirdilər. Bu baxımdan da şəxsən mən o abidənin qalmasının deyil, sökülməsinin tərəfdarıyam".

AĞ Partiyanın sədri Tural Abbaslının fikrincə, heykəl sökülməlidir:

"Çünki o abidə öz funksiyasını çoxdan itirib. Həmin heykəl SSRİ zamanında ora yerləşdirilmişdi. Guya utopik xalqların dostluğu zamanında onların dostluğunu simvolizə edən və ermənilərin ilk dəfə Qarabağa gəlməsi məqsədilə qoyulmuşdu. Yəni azərbaycanlılar qonaqpərvər olub, ermənilər gəlib orada məskunlaşıb. Onsuz da həmin heykəl ora ermənilərin ilk köçü ilə əlaqədar qoyulub. Təəssüflə qeyd etməliyik ki, sonradan bu abidə separatizmin və terrorçuluğun simvoluna çevrildi. Bir sözlə, Azərbaycan müstəqilliyinin, ərazi bütövlüyünün əleyhinə olan simvollarından biri oldu".

T.Abbaslının sözlərinə görə, dünyanın hər yerində terrorizmi, separatizmi təbliğ edən "tarixi abidələr", heykəllər, simvollar sökülür:

"Bu, tək bizdə belə deyil. Məsələn, Amerikanın özündə belə vətəndaş müharibəsində Cənub qoşunlarının komandanı olan Linin heykəllərini sökürlər. Düşünün, Amerika Əfqanıstana daxil olanda Talibana aid bütün nişanələri çıxardı. Biz niyə sökməyək?! Anlayıram, üzərimizə beynəlxalq basqılar var və bizi tarixi abidələri sökən vandal kimi tanıda bilərlər. Amma indi də olmasa, müəyyən müddət sonra o abidəni sökmək lazımdır ki, ermənilər sonradan saxta tarix yaratmasınlar. Ümumiyyətlə, gərək müharibə zamanı onu təsadüfən vurardılar (gülür). Təbii ki, bizimkilər hiyləgər olmadıqları üçün bunu etmədilər".

Hərbi ekspert Ədalət Verdiyev deyib ki, həmin abidənin Azərbaycan ərazisində olmasının əleyhinədir:

"Çünki bu, Azərbaycan tarixi, mədəniyyəti və mentalitetilə əlaqəsi olmayan eybəcər bir abidədir. Onun orada olması ictimaiyyəti də dərindən narahat edir. Amma o abidənin sovet dönəmində, Qarabağın Azərbaycanın tərkibində olduğu bir vaxtda inşa edilməsi müəyyən problemlər yaradır. Lakin hər bir halda həmin heykəlin fundamentində basdırılan və sizin də müsahibənizdə yer alan detallar bir daha o abidənin sökülməli olduğunu göstərir. Abidənin bünövrəsində nələrin basdırıldığını aydınlaşdırmaq üçün kifayət qədər ciddi aqrumentlər var. Hər bir halda zamanı gəldikdə eybəcər abidənin ərazidən söküləcəyinə inanıram. Bəlkə də, o abidənin altından azərbaycanlıların qalıqları və ya bizə qarşı olan fəaliyyətlərin elementləri çıxacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1439   Tarix: 01 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr