DİM imtahanı belə keçirəcək - Yeniliklər olacaq
Qanunvericiliyə edilmiş dəyişikliyə görə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə, taksi minik avtomobillərinin sürücüləri isə etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən aktlara dair xüsusi hazırlıq keçməlidir.
Xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək. Aparılmış qiymətləndirmənin nəticəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən 7 il müddətinə qüvvədə olan sənəd təqdim ediləcək. Hazırda qeyd edilən imtahanların keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanı ilə danışıqlar aparılır və imtahanın yay aylarında keçirilməsi nəzərdə tutulur.
Bəs sürücülər hansı sahələrə dair imtahan verəcək?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, hazırda sürücülər təlim mərkəzlərində peşə hazırlığı üzrə 5 günlük təlimlərdə iştirak edirlər:
"Bununla bağlı qeyri-adi bir imtahan keçirilməyəcək. Sürücülər təlim mərkəzlərində peşə hazırlığı üzrə 5 günlük təlimlərdə iştirak edirlər. Sürücü təlim mərkəzlərindəki təlimlərin ardınca onlar imtahan verirlər və sertifikat alırlar. Bu sertifikat da 7 il müddətində qüvvədə olur. İndiyə qədər Dövlət İmtahan Mərkəzi bunu keçirməliydi, amma keçirə bilmədi. Buna görə də imtahanlar sürücülük təlimi mərkəzlərində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil olunurdu. Bundan sonra bu proses DİM-ə keçəcək. Bu barədə DİM rəhbərliyi də açıqlama verib və imtahanın keçirilməsi ilə bağlı yayın sonlarına doğru təxmini tarix qeyd edilib".
Ekspert imtahana düşəcək mövzularla bağlı da danışıb:
"Hesab edirəm ki, həmin tarixə qədər təlimlər dayanmayacaq. Sürücülər sertifikat alıb, öz işlərini görə bilərlər. İmtahanda hansısa fantastik sayıla biləcək suallar təqdim olunmayacaq. Sürücülərin öz peşələrinə aid, yol hərəkəti qaydaları, sürücü-sərnişin münasibətləri, davranış və bu kimi mövzuları əhatə edir. Düşünürəm ki, bu mövzuları nəinki taksi sürücüləri, bütün sürücülər bilsə daha yaxşı olar. Mən əminəm ki, sürücülərimiz bu imtahanların öhdəsindən gələcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Keçmiş nazirin oğluna vəzifə verildi
Bu günə olan qızıl və gümüş qiymətləri
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?