"Aldığımız suyun içindən ilan və qurbağa ÇIXIR" - VİDEO
Xəzər rayonunun Qala qəsəbəsinin sakinləri uzun müddətdir susuzluqdan əziyyət çəkirlər.
Sonxeber.az xəbər verir ki, Bu barədə ərazidə yaşayanlar "Apa TV"yə müraciət ediblər. Əlacsız qalan vətəndaşlar dəfələrlə aidiyyəti qurumlarına üz tutublar:
"Bu qədər millət sudan sarı əziyyət çəkir. Bu çox çətin vəziyyətdir. Yayın istisidir. Çox adam çölə çıxmaq istəmir. Evdə körpə uşaq var və çatdırmaq olmur. Hər şey su ilə həll olur. Quyu suyu xəstəlikdir. Qurdu var. Belə suyu uşağa vermək olmaz. İçməli suya ehtiyacımız var. 2015-ci ildən burada yaşayıram. O vaxtdan suyu pul ilə alırıq. Demək olar ki, hər həftə 2 ton su vururuq. Heç o belə bizə çatmır. Ayda 300-400 manat suya pul veririk. Bir dənə ağacı əkib becərmək üçün nə qədər su lazımdır".
Qəsəbə sakinləri alınan suyun həm baha, həm də sağlamlığa zərərli olduğunu deyirlər:
"Su götürəndə biz onu hovuza boşaldırıq. Su boşalanda içindən olan, qurbağa çıxır. Hər şey gözümüzün qabağında olur. Mən bunun şahidi olmuşam. Biz o suyu məcburiyyət qarşısında qalıb içirik. Bir ayda 2 dəfə su alıram. Mənim nə qədər pulum çıxır".
Ətraflı "Apa TV"nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1061 Tarix: 04 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabr