Unun qiyməti 32 manat oldu: Çörəyin qiyməti QALXIR? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycanda unun qiyməti kəskin bahalaşıb. 50 kiloqramlıq un kisəsinin qiymətində 5 manata yaxın artım olub. Belə ki öncə 27 manata satılan 50 kiloqramlıq un kisəsi hazırda satış məntəqələrində 32 manat və daha baha təklif olunur. Unun qiymətində artım tempi davam edərsə, çörəyin qiymətinə necə təsir edcək?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyib ki, Unun qiymətində bahalaşma olsa da, aprel-may aylarında olan bahalaşma da səngimə də var:
" İndiki qiymətlər keçən iyunun qiymətlərinə uyğundur. Fantastik bir bahalaşma deyil. Yəni unun tonunun dünya bazarındakı qiymətləri keçən il iyun ayına uyğundur. Təbii ki, un məhsullarında cüzi bahalaşma ola bilər. Amma çörək strateji məhsul olduğuna görə, indiki bahalaşma səviyyəsinin çörək qiymətlərində dərhal təsir edəcəyini düşünmürəm".
Ekspertin sözlərinə görə, dəyirmanların ucuz qiymətə aldığı un ehtiyatları var:
"Un qiymətlərinin isə bundan sonrakı gedişatını izləyəcəklər. Yaxın dönəmdə güman etmirəm ki, qiymət artımı qiymətlərə təsir etsin. Nəzərə alaq ki, indiki dəyişiklik 2023-cü ilin iyun ayına bərabər olub. Bu qiymətə adaptasiya olmuş çörək qiymətləri var. Unun qiymətində bahalaşma davam edərsə, un məhsullarında və çörəkdə qiymətləri artıra bilər".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1389 Tarix: 04 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabr