Uşaqlar qorxulu personajlara niyə MARAQ GÖSTƏRİR?- AÇIQLAMA

Uşaqlar qorxulu personajlara niyə MARAQ GÖSTƏRİR?- AÇIQLAMAMəktəbəqədər yaşda uşaqların şəxsiyyətinin formalaşmağa başladığı, rol bacarıqlarının özünü göstərdiyi dövrlərdə baxılan bəzi cizgi filmlər, kompüter oyunları uşaqlarda qəzəb, aqressiya kimi emosiyaların yaranmasına səbəb olur. Uşaqları ailələri ilə vaxt keçirməli olduqları bir vaxtda cizgi filmlərinə yönləndirmək onların baxdıqları personajları təqlid etmələrinə səbəb olur. Bu baxımdan azyaşlılar qorxulu personajlara niyə maraq göstərir?

Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı Sonxeber.az-a açıqlama verib:

"Uşaqların oyunlara olan marağı normaldır. Çünki istər kompüter oyunlarında, istərsə də oyuncaqlarda oynayan zaman uşaqlar özlərini tapırlar. Belə olan halda onlar öz fantaziyalarını ortaya qoyurlar. Bu çox normal haldır. Qorxulu personajlara maraq isə hər uşaqda olmur. Bunun əsas səbəbi qorxulu personajların bizə güclü qəhrəman kimi göstərmələri ilə bağlıdır. Onlardan hamının qorxması ilə əlaqədardır. Bu personajlar hər dövrdə olub. Buna nümünə olaraq küpəgirən qarı, başında torba olan bir kişi və s. Bu personajlar güclü olduğu üçün hər kəs ondan qorxur.

Psixoloqun sözlərinə görə, bu personajlar uşaqların şüuraltında bir anlayış formalaşdırır. Onlar düşünür ki, həmin personajlar qorxulu və güclüdür:

"Ona görə gücə və qorxuya qarşı uşaqlarda maraq yaranır. Xarakterdən asılı olaraq, qorxunun üzərinə gedən uşaqlarda var. Uşaqlarda qorxunu aşmaq maraqları da olur. Qorxular qapalı olduğuna görə, onları açmağa çalışır. Buna görə də onlara qarşı uşaqlarda diqqət var. Çizgi film qəhrəmanlarında və personajlar arasında qorxulu olanlar daha rəngli və qabarıq olur. Bu da istər-istəməz uşaqların diqqətini çəkir".

Texnologiyanın sürətli inkişafı və aktiv istifadəsi ilə televizor, kompüter və planşet kimi məhsullar həyatımızın vacib hissəsinə çevrilib. Son zamanlar şiddəti əks etdirən cizgi filmlərin, kompüter oyunlarının sayının artması uşaqlara son dərəcə mənfi təsir göstərir.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1282   Tarix: 04 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Metroda gediş haqqı artırılacaq? - RƏSMİ AÇIQLAMA

Avqustun 15-dən etibarən "Bakı Metropoliteni"nin "yaşıl" və "qırmızı" xətlərinin ayrılması ilə bağlı işlərə başlanılmasından sonra bir sıra stansiyalara gediş məhdudlaşdırılıb. İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bəzi metro stansiyalarında tətbiq edilən məhdudiyyətlə

13 sentyabr
.

Bu şəxslər PENSİYA ALA BİLMƏYƏCƏKLƏR - Nazirlikdən XƏBƏRDARLIQ

Əmək müqaviləsi ilə çalışan işçilər əmək və gələcək pensiya hüquqlarına sahib olurlar. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin hüquqi əsasını təşkil edir. Əmək müqaviləsi il

13 sentyabr
.

Fuad Əliyevə vəzifə verildi

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-də yeni təyinat olub. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Fuad Əliyev "Aqrar Tədarük və Təchizat" ASC-nin İnzibat

14 sentyabr
.

Dövlət Suverenliyi Günü - Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin rəmzi

Dövlət Suverenliyi Günü Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan, milli iradənin, ərazi bütövlüyünün və müstəqil dövlətçilik prinsipinin təntənəsini ifadə edən mühüm tarixi gündür. Bu günün mahiyyətində Azərbaycan dövlətinin öz ərazisi üzərində tam hakimiyyətinin təmin olunması

14 sentyabr
.

Bəzi mağazalar niyə QR-kodla ödənişdən imtina edir? "Biz "m10"la ödəniş götürmürük" - VİDEO

Bakıda bəzi mağaza və ticarət obyektlərində "m10" tətbiqi üzərindən QR-kod vasitəsilə ödənişlərin qəbul edilmədiyi bildirilir. Baku TV məsələni yerində araşdırmaq üçün paytaxtdakı iri ticarət mərkəzlərindən birində müşahidə aparıb. Təxminən səkkiz geyim mağazasına müraciət edilərək "m10"

12 sentyabr
.

Bakıda skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək"

Son vaxtlar skuterlərin iştirakı ilə baş verən qəzaların artması təhlükəsizlik məsələsini yenidən gündəmə gətirir. Sirr deyil ki, skuterdən istifadə edənlər arasında yeniyetmə və gənclər kifayət qədər çoxdur. Yeni tədris ilinin başlaması ilə skuterlərdən istifadənin də artacağı ehtimal olunur. Bəs arta

13 sentyabr
.

Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə: Dolğularla bağlı mühüm xəbərdarlıq - VIDEO

Sosial şəbəkələrdə son vaxtlar qarşımıza çıxan yeni prosedurlardan biri də sinə dolğusudur. Kiçik süd vəzilərinə sahib qadınlara əməliyyata ehtiyac olmadan sinə həcminin artırılması təklif edilir. Proseduru həyata keçirən kosmetoloqlar isə bunun qısa müddətdə nəticə verdiyini və gələcəkdə insan sağlamlığ

13 sentyabr
.

Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - BƏLLİ OLDU

Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, Azərbaycanda üç adamdan ikisi oxuduğu mətni başa düşmür. Sitat: "Bu, regiona xas xüsusiyyətdir. Bəlkə də, sovet təhsil siteminin qalıqları ilə bağlıdır. Burada hələ görüləcək işlər çoxdur. Hər 3 nəfərdən ikisi Azərbaycanda minimal nəticə göstərib. Yən

12 sentyabr
.

Azərbaycan əhalisi əczaçılıq xərclərini 22 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 212,9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 21,

13 sentyabr