"Tik-Tok"da dələduzluq edən gəncin digər əməlləri də ortaya çıxdı
"Tik-Tok" sosial şəbəkəsində dələduzluq etdiyi üçün saxlanılan şəxsin digər əməlləri də ortaya çıxıb.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, müxtəlif vaxtlarda bank kartlarından 300, 900, 50, 320, 125, 338 və 100 manat olmaqla ümumilikdə 2133 manat pul vəsaitlərini taladığı üçün polis əməkdaşları tərəfindən saxlanılan 21 yaşlı Raqif Məmmədovun digər qanunsuz əməlləri də müəyyən olunub. Onun daha iki nəfərin kartında olan 6000 və 310 manatı ələ keçirdiyi məlum olub.
Qeyd edək ki, R.Məmmədov "Tik-Tok" sosial şəbəkəsində həmin şəxslərin kart məlumatlarını dələduzluq yolu ilə ələ keçirərək pul vəsaitlərini talayıb. Saxlanılan şəxs eyni üsulla daha 25 nəfərin pul vəsaitlərini talayıb.
Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir. Onun əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 970 Tarix: 04 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabr