Neymardan transfer iddialarına cavab: Keçmiş komandasına qayıdır?
Neymar keçmiş klubu "Santos"a qayıtması ilə bağlı iddilara cavab verib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, 32 yaşlı futbolçu "Santos"a dönəcəyi ilə bağlı deyilənlərin həqiqəti əks etdirmədiyini, ancaq bir gün yenidən Braziliya yığmasında oynamaq istədiyini açıqlayıb.
"Deyilənlər tamamilə yalandır. "Əl-Hilal"la müqaviləmin bitməsinə hələ 1 il var və əla mövsüm keçirmək istəyirəm", - deyə o bildirib.
Həmçinin Neymar "Real Madrid"in forvardı Vinisiusun bu il "Qızıl top"a layiq olduğunu bildirib və braziliyalı oyunçu haqqında yüksək fikirlər səsləndirib.
Qeyd edək ki, bu mövsüm "Əl-Hilal"da 5 matça çıxan Neymar 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
xatırladaq ki, braziliyalı futbolçu zədə səbəbindən uzun müddət meydanlardan uzaq qalıb.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1174 Tarix: 04 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır
Paytaxt Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir. Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə dörd minə yaxın gənc futbolçu, məşqç
23 oktyabr"Zirə"nin müdafiəçisi Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib
Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib. Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, "Zirə"nin futbolçusunun yubileyi "Şamaxı" ilə matça (1:1) təsadüf edib. 27 yaşlı müdafiəçi Misli Premyer Liqasının VII turuna start heyətində çıxıb. Debütü 2018/19 mövsümündə gerçəkləşə
12 oktyabr"Çelsi"nin futbolçusu Ris Ceyms əməliyyat olunub
İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Ris Ceyms dizindən əməliyyat keçirib. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu artıq prosesinə başlayıb. Müdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil. O, oktyabrın 10-da Premyer Liqada "Bornmut"l
16 oktyabrAMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. Bu barədə -a AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb. Sanksiya avqustun 31-dən qüvvəyə minib
20 oktyabrAzərbaycanın futzal millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
Azərbaycanın futzal üzrə millisinin dünya çempionatının əsas mərhələsində Çexiyaya qarşı oyun üçün heyəti bəlli olub. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Yığmaya 14 oyunçu dəvət alıb. Xatırladaq ki, Azərbaycan komandası DÇ-2028-in əsas mərhələsində Çexiya ilə oktyabrın 16-da üz-üzə gələcək
14 oktyabrAzərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı
Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar
18 oktyabr