Qarabağ əlilindən polkovnikə ittiham - Xidmət əməkdaşı niyə işdən çıxarılıb?
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik Rayon Şöbəsində müfəttiş vəzifəsində işləyən Bulud Əliyev işdən çıxarıldığına görə məhkəməyə müraciət edib.
Qaynarinfo-nun məlumatına görə, Qarabağ əlili olan Bulud Əliyev işdən çıxarılmasını qanunsuz hesab edir.
Bu baxımdan, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini məhkəməyə verib.
Onun iddia tələbi işə bərpa olunması ilə bağlıdır. Bulud Əliyevin iddiasına Səbail Rayon Məhkəməsində baxılacaq.
Qarabağ veteranı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Facebook" səhifəsinə qurumun Lerik Rayon Şöbəsinin keçmiş rəisi Anar Həsənov tərəfindən qanunsuz olaraq işdən çıxarıldığını bildirib: "Mən 17 il idi ki, Lerik Rayon Şöbəsində əvvəl huquqsunas, sonra isə çağırış bölməsində müfəttiş vəzifəsində isləmişəm. Məhz polkovnik Arif Həsənovon mənim barəmdə saxta xasiyyətnamə verərək qanunsuz olaraq işdən çıxartdırdı. Mən Birinci Qarabağ muharibəsi əliliyəm. Ali təhsilli hüqüqşunasam. Amma polkovnik Arif Həsənov bir gün də olsun belə, hərbi xidmətdə olmayıb".
Arif Həsənov hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi vəzifəsində işləyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1166 Tarix: 04 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabr