AFFA ilə "Mario Russo" brendi arasında əməkdaşlıq müqaviləsi imzalandı- FOTO+VİDEO
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə "Mario Russo" arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib.
BiG.AZ xəbər verir ki, müqaviləni AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və "Mario Russo" brendinin təsisçisi Ruslan Məmmədov imzalayıblar.
Sazişə əsasən, "Mario Russo" brendi qarşıdakı dörd il ərzində kişilərdən ibarət A milli komandanın rəsmi sponsoru olacaq.
Sərxan Hacıyev tədbirdə çıxış edərək, hər iki tərəfin bu əməkdaşlıqdan faydalanacağına inandığını söyləyib. O, "Mario Russo" ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib: "Azərbaycan futbolu üçün əlamətdar günlərdən birini yaşayırıq. AFFA-nın əməkdaşlıq etdiyi şirkətlərin sırasına "Mario Russo" da qoşulur".
S.Hacıyev ölkə idmanına göstərdiyi diqqətə və əməkdaşlığa görə şirkət rəhbərliyinə təşəkkür edib.
Ruslan Məmmədov isə öz növbəsində futbolun dünyada və ölkəmizdə sevilən idman növü olduğunu qeyd edib. O, milli komandanın sponsorları arasında yer almağın qürurverici olduğunu vurğulayıb:
"A milli komanda ilə bu gün təməli qoyulan əməkdaşlıqdan çox məmnunuq".
Mərasimdə iştirak edən idman ictimaiyyətinin nümayəndələri müqavilənin hər iki tərəfə uğur gətirməsini diləyərək, qarşılıqlı əməkdaşlığın faydalı olacağına əminliklərini bildiriblər.
Qeyd edək ki, "Mario Russo" ötən illərdə ölkə daxilində keçirilən bir sıra seminar və turnirlərə sponsorluq edib.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?