İlahiyyatçı: "Nişanlı qız üçün qurban kəsilməsi dini qanun deyil"

İlahiyyatçı: "Nişanlı qız üçün qurban kəsilməsi dini qanun deyil"Qurban islamda iki müqəddəs bayramdan biridir. Bütün müsəlman ölkələrində hər il hicri təqvimi ilə zil-hiccə ayının 10-cu günündə Qurban bayramı qeyd olunur.

Bu bayramda qurbanlıq kimi qoç, öküz, hətta dəvə kəsilə bilər. Qurbanı, adətən, niyyət edib kəsirlər. Kəsilən qurbanlıq hissələrə bölünərək qohum, qonşu və ehtiyacı olan şəxslərə paylanılır.

Bu il isə Qurban bayramı Azərbaycanda iyun ayının 16-17-nə təsadüf edir.

Qurban bayramında Azərbaycanda adət üzrə nişanlı olan qızlar üçün də qurbanlıq aparılır. Bəzən nişanlı qız üçün Qurban bayramında əlavə qurban da kəsilir.

Bəs görəsən, bu cür qurban kəsilməsi islamda varmı? Hansı şəkildə tənzimlənməlidir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini hacı Fuad Nurullayevin sözlərinə görə, gəlin üçün qurban kəsilməsi dini qanun deyil:
İlahiyyatçı: "Nişanlı qız üçün qurban kəsilməsi dini qanun deyil""İslam dinində, şəriətdə bir çox hökmlər var ki, onları müsəlmanlar icra edirlər. Müsəlman camaatının bəzi əməlləri var ki, islam şəriəti ilə üst-üstə düşür. Bu zaman qadağa yoxdur. Onlardan biri də budur. Qız köçürəndə adətdir ki, oğlan evi qıza qurbanlıq alır.

Bu islam qanunu deyil. Adətdir qız alanda qurbanlıq payı aparırlar. Alırlar, kəsirlər və bölüşürlər. Savabdır, günah deyil. O iş savabdırsa, islamda günah olmaz. Gözəllikdir. Toyda da bunu edirik. İcazə var.

İsraf və günah yoxdur. Elə ailələr var ki, ehtiyacı olmadıqlarını bildirir. Bəziləri düşünür ki, yox, elin adətidir. Gözəl və yaxşı əməllərdir. Bunu etmək islamda bəyənilir. Qadağa yoxdur".

Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü hacı Surxay Məmmədli isə əlavə edib ki, Qurban bayramında Məkkədə qurban kəsmək vacibdir:
İlahiyyatçı: "Nişanlı qız üçün qurban kəsilməsi dini qanun deyil""Qurban kəsilməsi həccin ayinlərini icra edən zaman vacibdir. Azərbaycanda və ya digər bölgələrdə həmin gün kəsilməsinin isə savabı çoxdur. Müstəhəbdir. Əsas səmimi qəlbdən edilən niyyətdir".

S.Məmmədli bildirib ki, gəlin üçün ayrıca qurban kəsmək anlayışı yoxdur:

"Qurbanlıq ümumidir. Bir adamın imkanı varsa, iki-üç qurban kəsə bilər. Belə olmuş olarsa, Allah yolunda edilən qurbandır. Yaxşı əməllərdə günah yoxdur.

Amma gəlin üçün aparılan qurban "İsmayıl qurbanıdır" deyə bir anlayış yoxdur. Sadəcə qurbanlığı kiminsə adına kəsmək olar. Savabdır. Günah deyil. Kəsilən qurban ehtiyacı olanlara paylanmalıdır. Allahın hüzurunda bu əməlin böyük fəziləti var".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1349   Tarix: 05 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr