"Ərdoğanın Şuşaya növbəti səfəri Qarabağla bağlı ermənilərə havadarlıq etmək istəyənlər üçün bir mesaj ola bilər" - DEPUTAT
"İşğaldan azad olunduqdan sonra Şuşaya ilk səfər edən xarici dövlət başçısı qardaş Türkiyə dövlətinin prezidenti Rəcəb Tayyib Ərdoğan olmuşdu".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan iyulda Şuşada keçiriləcəyi gözlənilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammitinə qatılacaq
"Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri iki dövlət arasındakı dostluq, qardaşlıq münasibətlərinin inkişafı baxımından önəmlidir. Onun növbəti dəfə Azərbaycanın Mədəniyyət paytaxtı olan Şuşaya səfəri dostlarımızı sevindirəcək, düşmənlərimizə gözdağı olacaq. Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfər etməsi Qarabağla bağlı ermənilərə havadarlıq etmək istəyənlər üçün də bir mesaj ola bilər. Azərbaycan-Türkiyə münasibətləri "bir millət, iki dövlət" fəlsəfəsinə əsaslanır. Bizim dilimiz, dinimiz və mədəniyyətimiz demək olar ki, birdir. Bu gün Türkiyə dünyanın böyük dövlətlərindən biri olması bizim üçün qürurvericidir. Türkiyə dövlət başçısının hər Şuşaya səfəri böyük rəmzi məna daşıyır".
Deputat vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğanın Şuşaya ikinci səfəri çox əlamətdar olacaq, vacib müzakirələr aparılacaq:
"Azərbaycanın Mədəniyyət paytaxtı Şuşanın azad olunması bütün türk dünyasının zəfəridir. İki qardaş dövlət başçıların səfərləri Azərbaycan-Türkiyə qardaşlığını, dostluğunu möhkəmləndirir və hər bir sahədəki əməkdaşlığı daha da inkişaf etdirir. Azərbaycan xalqı Türkiyə Prezidentinin Şuşaya ikinci səfərini böyük çoşğu ilə qarşılayacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 911 Tarix: 11 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrAğır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabr3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
4 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabr