Yaşa görə verilən pensiya 345 manata QALDIRILSIN - TƏKLİF
2024-cü ilin may ayında yaşa görə pensiya alanların sayı 708 min nəfərdən çox olub. 2024-cü ilin may ayında yaşa görə pensiya alanların sayı 708 min nəfərdən çox olub.
Hazırda Azərbaycanda yaşa görə verilən pensiyanın məbləği 220 manatdır. Azərbaycanda pensiya mövcud problemlər ortadadır. Bir çox ekspertlər hər zaman bildirib ki, Azərbaycanda pensiya sisteminin yenilənməsinə ehtiyac var. Bu gün vətəndaşa verilən 220 manat pensiya önun 1 aylıq ehtiyacını qarşılamır. Xərclər çoxdur və bahalaşma hökm sürür. Belə olan təqdirdə Azərbaycanda yaşa görə verilən 0pensiyanın məbləği 345 manata qaldırıla bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib ki, yaşa görə verilən pensiyanın məbləği azdır. Amma ikinci məsələ odur ki, bu müavinəti artırmaq üçün vəsait var yoxsa yoxdur:
"Xatırladım ki, pensiyalar Dövlət Sosial Müdafiə Fondundan verilir. Fondun pulu əməkhaqqı ilə işləyən insanların ödədiyi məcburi sığorta haqqından formalaşır. Beləliklə indiki pensiyaçılara oradan təqaüd verilir. Sabah biz pensiyaya çıxanda o zamankı gənclərin qazandığından bizə ödəniləcək. Hər il demək olar ki, bu pul çatmır və dövlət büdcəsindən həmin fonda vəsait köçürülür. Əsas problem budur ki, məbləği yatırılması üçün pul yoxdur. Bu pensiyaları artırmağın iki yolu var var. İlk olaraq məbləğin artırılması üçün bizdən xeyli vəsait tutulmalıdır. Bu zaman fondun pulu çoxalır və pensiyaları artırır".
Ekspertin sözlərinə görə, ikinci halda pensiyanın arıtırlması üçün dövlət büdcəsindən fonda daha çox pul verilməlidir. Amma bu da riskli məsələdir:
" Məcburi sığorta haqqından çox pul tutulanda bizim fəaliyyətimiz cəlbedici olmayacaq. Artıq bununla əlaqədar qeyri-formal işləməyə çalışacağıq. Onsuzda bu var. Amma qeyri-rəsmi işləyənlərin sayı daha da arta bilər. Digər tərəfdən onlar bizdən bu qədər pul tutmaya bilərlər. Pensiyaçılar qarşısında götürülən öhdəliyi dövlət icra etməlidir. Eyni məsələ dövlət büdcəsindən köçürülən pula aiddir. İqtisadi böhran başlasa dövlət həmin büdcəni verə bilməyəcək. Pensiyaçılar isə gözləyir. Pensiya yeganə ödənişdir ki, onlar sabitdir. Dövlət sabaha deməyəcək ki, vermirəm və pulum yoxdur. Bu gün dövlətin maliyyə vəziyyəti normaldır. Ehtiyatlarımız və qiymətlər sabitdir. Gələcək problemlər indidən görünür. Hazırda bizim xərclərimiz çoxdur. İşğaldan azad olunmuş ərazilərdə bərpa quruculuq işləri aparılır. Yaşa görə pensiya 345 manat olmasa da, müəyyən qədər artırılmalıdır".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?