Azərbaycan Sement İstehsalçıları Assosiasiyası Banqkokda keçirilən GCCA 2024 konfransındayer alıb

Azərbaycan Sement İstehsalçıları Assosiasiyası Banqkokda keçirilən GCCA 2024 konfransındayer alıbDünyanın aparıcı sement və beton istehsalı şirkətlərinin rəhbərləri və qlobal liderlər "Xalis sıfır emissiya" ilə gələcəyə doğru birgə təşəbbüslərin müzakirəsi üçün 3-7 iyun tarixləri arasında Banqkokda keçirilən Qlobal Sement və Beton Assosiasiyası 2024 konfransında bir araya gəliblər. Tədbirdə həmçinin bir sıra ölkələrin dövlət rəsmiləri də iştirak edərək, dayanıqlı inkişaf öhdəlikləri barədə çıxışlar ediblər. Tədbirin proqramına Qlobal Sement və Beton Assosiasiyasının üzvlərinin assosiasiyanın "2050 Xalis Sıfır Yol Xəritəsi" ilə uyğunlaşdırılmış xalis sıfır missiyalarının həyata keçirilməsinə dair strateji müzakirələri də daxil edilib.

Azərbaycan Sement İstehsalçıları Assosiasiyası tədbirdə təmsil olunub və assosiasiyanın innovativ Xalis Sıfır Sürətləndirici layihəsinin təqdimatı keçirilib. Layihə Azərbaycanın sement və beton sənayesinin karbonsuzlaşdırılmasını nəzərdə tutur və MDB dövlətləri arasında ölkəni sement və beton sektorunda dayanıqlı inkişaf lideri olaraq mövqeləndirməyi hədəfləyir.

Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının Baş Assambleyasının sədri cənab Henninq Sasse çıxışında bildirib: "Azərbaycan MDB ölkələri arasında sement və beton sənayesində Xalis Sıfır Sürətləndirici təşəbbüsünü həyata keçirən ilk ölkədir. Assosiasiyanın bu təşəbbüsünü Qlobal Sement və Beton Assosiasiyası 2024 Liderlər konfransında fəxrlə təqdim edirəm".
Azərbaycan Sement İstehsalçıları Assosiasiyası Banqkokda keçirilən GCCA 2024 konfransındayer alıb"Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının belə müsbət töhfəsi təqdirəlayiqdir. Azərbaycanın sement sənayesinin konfransımızda təqdim olunan bu tərəqqisini alqışlayır və xalis sıfır emissiya ilə gələcək hədəfləyən qlobal sənayenin bir hissəsi kimi onun rolunu əhəmiyyətli hesab edirik. COP29-a doğru, bu yolda birgə və fəal əməkdaşlıq böyük əhəmiyyət kəsb edəcək", – GCCA-nın baş direktoru Tomas Giyo bildirib.
Azərbaycan Sement İstehsalçıları Assosiasiyası Banqkokda keçirilən GCCA 2024 konfransındayer alıbXalis Sıfır Sürətləndirici təşəbbüsü Azərbaycanın sement istehsalçıları – "Norm" ASC, Holcim Azərbaycan ASC, Arkoz Sement və Reges Sement tərəfindən 6-7 may, 2024-cü ildə keçirilən tədbirdə irəli sürülüb. CO2 emissiyalarının azaldılmasının bütün dəyər zənciri boyunca aparılması, eləcə də bu sahədə qanunvericilik və tənzimləmələrə nail olunmasına dair beton istehsalçıları, inşaat şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə müzakirələr aparılıb. Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının Xalis Sıfır Yol Xəritəsi dövlət siyasəti rəhbər tutulmaqla və Avropa Sement Tədqiqatı Akademiyası ilə Qlobal Sement və Beton Assosiasiyasının elmi-praktiki təcrübəsindən istifadə olunmaqla hazırlanacaq.
Azərbaycan Sement İstehsalçıları Assosiasiyası Banqkokda keçirilən GCCA 2024 konfransındayer alıbAzərbaycan Sement Assosiasiyası haqda:

Azərbaycan Sement İstehsalçıları Assosiasiyası ölkənin sement və beton sənayesində dayanıqlı təcrübələrin və innovasiyaların tətbiqini təşviq edir. Üzvlərinin birgə səyi və strateji təşəbbüsləri ilə assosiasiya CO2 emissiyalarında əhəmiyyətli azalmalara nail olmağı və sənayeni xalis sıfır emissiya ilə gələcəyə doğru aparmağı hədəfləyir.
Azərbaycan Sement İstehsalçıları Assosiasiyası Banqkokda keçirilən GCCA 2024 konfransındayer alıbQlobal Sement və Beton Assosiasiyası (GCCA) haqda:

Qlobal Sement və Beton Assosiasiyası və onun üzvləri Çindən kənarda qlobal sement istehsalı potensialının 80%-ni, eləcə də artan Çin istehsalçılarını əhatə edir. Üzv şirkətlər assosiasiyanın "Betonun Gələcəyi: 2050 Xalis Sıfır Yol Xəritəsi"ni (bu cür təfərrüatlı plan hazırlayan ilk ağır sənaye) izləməklə, hazırda qlobal miqyasda təxminən 7% təşkil edən, betonda CO2 emissiyalarının azaldılmasına və sonda aradan qaldırılmasına dair öhdəlik götürüblər. Birlikdə, GCCA sənaye və dünya üçün parlaq, möhkəm və dayanıqlı beton gələcəyi qurmağı hədəfləyir.

İyunun 3-dən 7-dək Banqkokda GCCA üzvlərinin CEO-larının və Liderlərinin Konfransı keçirilib.

Ətraflı məlumat buradadır:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 912   Tarix: 11 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr