Ermənistan dayandı, indi də Ordumuza buradan "atəş açılır" – İki hərbçimiz…

Ermənistan dayandı, indi də Ordumuza buradan "atəş açılır" – İki hərbçimiz…İki hərbçimizin – mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlunun ildırım vurması səbəbindən şəhid olması ictimaiyyətdə narahatlıq doğurub.

Bir qədər əvvəl itkin düşən, ötən gün isə nəşi tapılan əsgərimiz Ceyhun Hüseynovun da ildırım vurması nəticəsində həyatını itirməsi haqda iddialar var, lakin bu məlumat hələ təsdiqlənməyib.

Bəs orduda bu kimi hallara – ildırım vurmasına və bənzər təhlükələrə qarşı hansı tədbirləri görmək olar?

Globalinfo.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev deyib ki, hərbçiləri ildırım vurması hadisəsi nadir hallarda baş verir:

"Güc strukturlarının sərhəd xidmətində bu cür hallara qarşı tədbirli olmaq üçün təlimlər keçirilir. Amma burada ildırımın hara düşəcəyini proqnozlaşdırmaq praktiki cəhətdən mümkün deyil. Nəzərə alaq ki, sərhədçilərimiz dövlət sərhədinin bütün perimetrinə nəzarəti həyata keçirməlidirlər. Həmin yağışlı ərazilərdə sözügedən hallardan sığortalanmaq mümkün deyil. Yəni bu, komandan və ya digər məsul şəxslərin günahı deyil".

Hərbi ekspertin sözlərinə görə, ildırımların tez-tez düşdüyü ərazilərdə hərbçilərin xidməti dayandırılmalıdır:

"Bu isə çox çətin məsələdir. Çünki bəzən kazarma daxilində belə həmin halların yaşanması mümkündür. Ona görə də əvvəlcədən tədbirlərin görülməsi qəliz prosesdir".

İldırım çaxması prosesini izah edən "Sağlam həyata doğru" İctimai Birliyinin üzvü, su məsələləri üzrə ekspert Rövşən Abbasov deyib ki, bu hadisə atmosferdə baş verən ionlaşma nəticəsində yaranır:

"Atmosferdəki molekullar ionlara ayrılır, müsbət və mənfi yüklü zərrəciklər əmələ gəlir. Bu zaman daha çox mənfi yüklü zərrəciklər toplanır və yer səthində özünə uyğun müsbət yüklü ərazi axtarırlar. Həmin ərazilərə daha çox hündür binaların üstü, antenalar, dağların başı, çöl ərazidə duran tək ağaclar, bir sözlə, iti ucu olan bütün obyektlər daxildir. İldırımlar həm də radiodalğa rejmində işləyən cihazları vurur. Məsələn, ildırım vaxtı telefonla danışmaq, açıq havada radioya qulaq asmaq və s. kimi hallarda ildırım vurması ehtimalı çox böyükdür.

İldırımdan qorunmağın müxtəlif yolları var. Əgər avtomobildəsinizsə, həmin anda mütləq onu söndürməli və içərisində gözləməlisiniz. Maşın yolun dik deyil, çökək hissəsində saxlanılmalıdır. Evdə olduğunuz halda küçəyə çıxmamalı, televizor və radionu, telefonu söndürməlisiniz".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3131   Tarix: 12 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr