Elmira Əliyevanın oğlu GİLEYLƏNDİ: "Bu gün anamın adı çəkilmir, dünyasını dəyişəndə sənət yoldaşları..."
"Mənim anamın Azərbaycan incəsənətinə töhfələri az olmayıb. İstər "Lalə qızlar" ansamblında, istərsə də xanəndəlik sahəsindəki uğurlu fəaliyyəti onu xalqın sevimlisinə çevirdi. Amma nədənsə bu gün adı heç bir yerdə çəkilmir. Anam müğənnilikdən əlavə həm də pedaqoji fəaliyyətlə məşğul olub. O "Leyli və Məcnun" əsərini inglis dilində tərcümə edib və sonra onu ifa edib. Hər zaman sənəti ilə yaşayırdı, şadlanırdı.. Sənəti onun xoşbəxt qadın olmağına mane oldu. Hər şeydən əl çəkdi, özünü unutdu, təkcə sənətini uca tutdu. Amma anamın bu gün adını heç çəkən yoxdur"
Bunu Moderator.az-a açıqlamasında mərhum müğənni Elmira Əliyevanın oğlu Elbrus Əliyev deyib. O daha sonra əlavə edib.
"Anam tez-tez xəstəxanaya gedirdi. Müalicə alıb, həftələrlə orada yatırdı. Deyirdi ki, həkimlər başıma dolanır, mənə yaxşı qulluq edirlər. Anamdan xahiş edirdilər ki, mahnı oxusun. Anam oxuyurdu, onlar qulaq asıb alqışlayırdılar. Xəstəxanada çox qala bilmirdi. Deyirdi ki, sən evdəsən, mən burada, darıxmışam sənin üçün. Maddi imkanımız, ailə vəziyyətimiz ağır idi. Məcburiyyətdən anamı xəstə halıyla evdə təkbaşına qoyub iş arxasınca gedirdim. Məcbur idim. Evdə oturanda heç kim gətirib insana çörək pulu vermir. Bir pişiyimiz var. Onu anamın yanında qoyub işə gedirdim. Gəlib görürdüm ki, pişik səhərə qədər anamın yanından əl çəkməyib. Anam dünyasını dəyişəndən sonra pişik bir müddət çarpayısının üstündən durmadı" deyə o bildirib.
Elbrus Əliyev deyir ki, anasının arzularının heç biri həyata keçmədi.
"Mənə deyirdi ki, yaşım 80-ni adlayıb, mənim yaşımdakıların artıq nəvəsi var. Çox istəyirdi ki, ailə həyatı qurum. Amma bu məndən asılı deyildi. Evsizlik, şəraitsizlik məni bu yoldan çəkindirirdi. Qismət belə oldu ki, nə mənim toyumu gördü, nə də ki, nəvəsini. Düzdür, bu günə qədər də evlənməmişəm. Qapımızı açanlar da az idi. Anam dünyasını dəyişəndən sonra bir sənət yoldaşı da gəlmədi. Bir dəfə də başsağlığı vermədilər. Bu gündən hamı üçün var. Yenə də düşünürəm ki, bəlkə məni tanımırdılar. Amma ən azından soruşub, araşdırıb gəlib tapa bilərdilər. Vaxtilə anama da mane olanlar var idi. Ona görə də nə fəxri ad ala bildi, nə də ki, gözəl həyat sürdü" deyə sənətkarın oğlu bildirib.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya və Türkiyə nümayəndələri Şahbulaq qalasında
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Ağdam rayonuna səfər edən Türkiyə və Rusiya nümayəndə heyətləri Şahbulaq qalasında olublar. xəbər verir ki, qonaqlara Şahbulaq qalası haqqında məlumat verilib. Bildirilib ki, XVII əsrə aid bu qala Qarabağ ərazisindək
27 iyun 2021"Beyinləriniz cırtdan, ürəyiniz şikəst qalıb" - Yazıcıdan sərt CAVAB
Aktyor Hamza Yazıcı sevgilisi Şenay Forbes ilə istirahətdə olarkən görüntülənib. türk mediasına istinadən xəbər verir ki, aktyor onun və sevgilisi ilə bağlı sosial şəbəkələrdə fotolara yazılan təhqirlərə səssiz qalmayıb. Yazıcı "Ümid edirəm sizin də ailələrinizə bu cür şərhlər yazılar. Bizim canımız
11 iyul 2021"Kinoteatrların açılması təqdirəlayiq olar" - DEPUTAT
Artıq iki ilə yaxındır ki, ölkəmizdəki pandemiya səbəbindən tamaşaçılar teatr, kinoteatr və konsert zallarına həsrət qalıblar. Hər sahədə, az da olsa, yumşalmalar var, hətta toy məclislərinin keçirilməsinə, iri ticarət obyektlərinin açılmasına icazə verilib, lakin nədənsə kinoteatrlar və teatrların açılmas
18 avqust 2021Məşhur filmin treyleri rekord izlənmə sayı toplayıb - VİDEO
"Hörümçək adam: Evə yol yoxdur" (Spider-Man: No Way Home) filminin treyleri rekord izlənmə sayı toplayıb. -a istinadən xəbər verir ki, yayımlandığı ilk sutka ərzində müxtəlif sosial şəbəkə və platformalarda videonu 355.5 milyon nəfər izləyib. Qeyd edək ki, öncəki rekord 289 milyon baxışla "Qısasçılar
27 avqust 2021Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO
Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident
29 avqust 2021"Bir qızım məmur, o biri diplomatdır" - Ailəsindən danışdı
"Heç kimin həyatına qarışmıram. Hər kəsin hüququdur həyatını istədiyi kimi yaşasın. Rahat insanam: gözüm toxdur, paxıl deyiləm, borcum yoxdur. Ömrümboyu kredit götürməmişəm. Ayağımı yorğanıma görə uzadıram. Səbrli adam olmuşam. 80 rubl maaşla iki uşaq dolandırdığım vaxt olub". xəbər verir ki
27 iyul 2021Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı
Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb. Bu barədə -a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib. O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyət
7 iyul 2021