4 minə yaxın müəllim keçid balını toplaya bilməyib
İyunun 25-də Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının növbəti iclası keçirilib.
Elm və Təhsil Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, iclasda 2022 və 2023-cü illərdə təşkil olunmuş sertifikatlaşdırma prosesindən 31 948 nəfər ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəlliminin uğurla keçib.
Eyni zamanda, ötən ildən sertifikatlaşdırmadan uğurla keçmiş 8 410 müəllimin əməkhaqqısına 35 faiz, 23 538 müəllimin əməkhaqqısına isə 10 faiz artım tətbiq olunmağa başlanıldığı vurğulanıb.
Bildirilib ki, 8 iyun 2024-cü il tarixində ötən il test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 7 296 müəllim iştirak edib.
Onlardan 3 386 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsində iştirak imkanı qazanıb. Təkrar sertifikatlaşdırmada iştirak edən müəllimlərdən 3 909-u isə müvafiq keçid balını toplaya bilməyib. Eyni zamanda, Şuranın qərarına əsasən, imtahanda iştirak etməyən 402 müəllim də sertifikatlaşdırmadan keçməmiş hesab olunub. 4 nəfər imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv olunub.
Ümumilikdə prosesdə iştirak edən müəllimlərdən Azərbaycan dili və ədəbiyyat üzrə 95%-i, ibtidai sinif üzrə 86%-i sertifikatlaşdırma prosesində uğur qazanıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - BƏLLİ OLDU
Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər - 3 SAATLIQ
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİ XƏBƏR
Azərbaycanda minimum əməkhaqqı BU QƏDƏR ARTA BİLƏR
Oktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
Bakıda ictimai nəqliyyatda YENİ SİSTEM: Metro və avtobusa 90 dəqiqə ərzində ödənişsiz istifadə mümkün olacaq?
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Nə qədər artım olacaq? - Nazirlikdən AÇIQLAMA
Sosial müavinətlərlə bağlı AÇIQLAMA
Azərbaycanda YENİ QAYDA - Bu şəxslərə 300 MANAT VERİLƏCƏK
Azərbaycanda işıq pulu LƏĞV EDİLƏ BİLƏR- Mühüm YENİLİK
Bu şəxslər PENSİYA ALA BİLMƏYƏCƏKLƏR - Nazirlikdən XƏBƏRDARLIQ
33 dərəcə isti, yağış, külək... - Sabahın havası
"Avtovağzal"dan bütün stansiyalara getmək MÜMKÜN OLACAQ - Metroda YENİLİK
Nazir şöbə müdiri təyin etdi