"Tiktokda hədiyyə istəyənlər dilənçidirlər"
"Xaricdə Tiktok-dakıları görürəm, nəsə təqdim edirlər: şəkil çəkir, nəsə maraqlı iş görür, sənə nəsə öyrədir. Sən də bunun qarşılığında ona gül və ya şir atırsan. Azərbaycanda isə telefonu açdı, canlıya girdi, başlayır "mənə gül yollayın", bu, dilənçilikdir. Sən heç bir şey sunmadan, qarşılığı olmadan insanlardan nəsə istəyirsənsə, bunun adı dilənçilikdir. Bu, şərəfli iş deyil. Şərəfsizlik də deyil, amma yaxşı iş deyil".
Axşam.az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Qız kimi" yutub layihəsində deyib. Sənətçi TikTok-dan və orada canlı yayıma girib, hədiyyə istəyənlərdən danışıb. Elməddin onları "dilənçi" adlandırıb.
E.Cəfərov sosial şəbəkədə yazılan tənqidlərdən söz açıb:
"Bir çox tanınmış dünyasını dəyişdi. Bir "Allah rəhmət eləsin" yazmırlar. Ölüyə lənət oxumaq nə vaxtdan dəb oldu? Kimə şərəf gətirib? Ölüyə qarşı niyə aqresivik? "Allah rəhmət eləsin" sözünü leksikamızdan çıxarırıq. Üzülürəm bu duruma. Düşmənimiz olmayan hər kəsə "Allah rəhmət eləsin" deyə bilirəm. Baxıram, nələr yazırlar, səbəbini bilmirəm".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1103 Tarix: 26 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrTeatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq
2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind
4 noyabr