Çingizlə arvadı üz-üzə gəldi - "Qızımı əlimdən aldı"
"Formula 1"ə ayrılan pulları mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi Çingiz Mehdiyevin məhkəmə istintaqı davam edir.
"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda şahidlərin dindirilməsinə başlanılıb.
Prosesdə Çingiz Mehdiyevin həyat yoldaşı Nərminə Ələkbərova ifadə verib. Şahid hakim qarşısında geniş danışmaq istəməsə də, müstəntiqə dediklərinin hamısını təsdiq edib.
N.Ələkbərova əvvəlki ifadəsində ərinin qanunsuz fəaliyyətlərindən danışıb, onun mənimsədiyi pullarla qardaşının adına Amerikada bahalı mülklər aldığını deyib. O, Ç.Mehdiyevlə üzləşməsi zamanı onun əməllərini üzünə də bildirib. Şahid Çingizin anasının adına Seyşel adalarında şirkət açdığını, həmin şirkətə külli miqdarda pullar köçürməsi ilə bağlı istintaqa dediklərini də təsdiq edib.
Nərminə Ələkbərovanın əri ilə mühahisəli məsələlərindən biri də birgə nikahdan olan övladları ilə bağlıdır. Qadın Çingiz Mehdiyevin qızını onun əlindən aldığını deyir.
Təqsirləndirilən şəxs isə şahidlə razılaşmayıb. Mehdiyev məsələyə aydınlıq gətirərək deyib ki, xanımı ilə arasında rəsmi boşanma olmayıb. Amma məhkəmə qərarı ilə 15 yaşlı övladı onunla qalmaq istəyib: "2019-cu ildə boşanmaq üçün məhkəməyə müraciət etdim. Məhkəmə uşağın fikrini öyrəndi, qızım mənimlə qalmaq istədiyini israr etdi. Məhkəmə də uşağı mənə verdi".
Şahid isə ərinin dedikləri ilə razılaşmayıb. Bildirib ki, 2018-ci ildən ərinin qanunsuz hərəkətləri ilə bağlı məlumat toplayıb. 2023-cü ildə isə bildiklərinin hamısını prokurorluğa etiraf edib. N.Ələkbərova hesab edir ki, Çingiz məhz bundan sonra övladını əlindən alıb.
Prosesin davamında təqsirləndirilən şəxsin vəkili Faiq Nəcəfov müvəkkilinin əmlakları üzərindəki həbs qərarının ləğvini istəyib. Məhkəmə vəsatəti rədd edib.
Növbəti iclas iyulun 22-nə təyin edilib.
Qeyd edək ki, Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili vaxtı vəzifə saxtakarlığı edərək 400 min manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham edilir. Mehdiyev həbsdə deyil. O, ibtidai və məhkəmə istintaqı dövrü müddətində polisin nəzarətinə verilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1677 Tarix: 01 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ərindən borc istəyən qadın döyülüb
Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro
3 sentyabrXırdalanda ailə faciəsi - Kişi öldü, qadının vəziyyəti ağırdır-Yenilənib
Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. "Report"a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə, kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın is
3 avqustİş adamının qətlinin sifarişçisi tutuldu - Azərbaycana gətirildi
Azərbaycan vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, Samux Rayon Prokurorluğunda ibtidai istintaqı aparıla
13 avqustAzərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunu qətlə yetirdiyinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüş ustası Tiqran Çiçakyan yenidən cinayət işinə cəlb olunub. Bu dəfə o, adam oğurluğunda ittiham edilir. Məhkəmənin qərarı ilə idmançı barəsində həbs qətimkan tədbiri seçilib. xəbə
16 sentyabrTovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur
Tovuz rayonunda silahlı insident baş verib. "Qafqazinfo" xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkd
7 avqustProkurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi
Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i
15 sentyabrGömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu
26 avqust