"Yaşadığıma görə xəcalət çəkirəm" - Barat Şəkinskayanın 93 yaşlı qızı - FOTO

"Yaşadığıma görə xəcalət çəkirəm" - Barat Şəkinskayanın 93 yaşlı qızı - FOTO"Bu gün anamın 110 yaşı tamam olur. O səhnəmizdə ən gözəl obrazları yaratmışdı. Teatrda Cülyetta, kinomuzda isə hər kəs onu "O olmasın, bu olsun" filmindən qulluqçu Sənəm kimi tanıyırdı. Anam filmlərə gec çəkilməyə başladı. Çünki onun Azərbaycan qadını görkəmi yox idi. Hərhalda rejissorlar belə deyirdi. "O olmasın, bu olsun" filminə çəkiləndə anama yemək aparırdım. Bazar səhnəsi kinostudiyanın həyətində lentə alınırdı. Mən anamın ilk övladıyam. Hər zaman onun yanında olmuşam. 9 yaşım tamam olanda müharibə başlayıb. Anam qastrol səfərlərində olanda nənəmin yanında qalırdım. Ya da Fatma Qədri, Nəcibə Məlikovagilə məni qoyurdu. Uşaqlıqdan böyük idim sanki. Anamla 17 yaş fərqimiz var idi. Bir az da böyüyəndən sonra anam bütün ailə rəhbərliyini mənim ixtiyarıma buraxdı. Hər şeyi mən idarə edirdim. Anamın qətiyyən boş vaxtı yox idi, amma uşaqcanlı idi, bizə yüksək qayğı və diqqət göstərirdi. Elə yeməklə hazırlayırdı ki, heç 50 ilin evdar qadını onları hazırlaya bilməzdi".

Bunları Moderator.az-a açıqlamasında xalq artisti, görkəmli aktrisa Barat Şəkinskayanın qızı Solmaz Həmzəyeva deyib. O daha sonra əlavə edib.

"Bütün aktyor, aktrisalar bizim evimizdə idi. Sanki teatr idi evimiz. O vaxt teatr bir ailə idi. Biri-birinin köməyinə çatırdılar. O qədər doğma idik ki. Gəncə teatrında anamla birlikdə səhnəyə çıxırdım. Mehdi Məmmədov məni 7-8 tamaşada oynadıb. Hələ üstəlik mənə maaş da verib. Adım teatr aktyorlarının siyahısında idim. Universitetə girməyə gecikdim. Aktrisa olmaq istəyirdim, amma anam dedi ki, mən sənin bu yaşında xalq artisti idim, gecikmisən. Qoymadı məni teatra getməyə. Ona görə də 1963-cü ildə televiziyaya getdim. Arif Babayev mənim rejissorum idi, mən də onun asistenti. Neçə illər orada işləmişəm. AZTV mənim doğma evimdir. O qədər darıxıram ki" deyə aktrisanın qızı bildirib.

Solmaz Həmzəyeva anasının son günündən də danışıb.

"Anamın ölümü çox gözlənilməz oldu. Biz diktor Roza Tağıyeva ilə Şərqiyyə xanımgildə idik. Əlimi süfrəyə yeni uzatmışdım ki, zəng gəldi.. Gördüm ki, Şərqiyyə telefonu götürdü, üz mimikası dəyişdi.. Zəng edən mənim qızım Afət idi. Dedim ki, Şərqiyyə, mama?! Başı ilə dedi ki, hə.. Nəsə ürəyimə damdı ki, anama nəsə olub. Ölümündən bir gün öncə anam mənə şüyüdlü plov hazırlamışdı.. Anam rəhmətə gedəndə 85 yaşı var idi. Mənim isə 93 yaşım olacaq.. Anam üçün o qədər darıxmışam ki... Yaşadığıma görə xəcalət çəkirəm", - deyə Solmaz Həmzəyeva deyib.
"Yaşadığıma görə xəcalət çəkirəm" - Barat Şəkinskayanın 93 yaşlı qızı - FOTO"Yaşadığıma görə xəcalət çəkirəm" - Barat Şəkinskayanın 93 yaşlı qızı - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1513   Tarix: 02 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr