Metropoliten: "İki eskalatorun boşuna 12-13 dəqiqə çalışması enerji israfı deməkdir" – VİDEO

Metropoliten: "İki eskalatorun boşuna 12-13 dəqiqə çalışması enerji israfı deməkdir" – VİDEOXətai metrostansiyasında eskalatorların qarşısında izdiham yaşanıb. Belə ki, metrostansiyada 4 eskalator olmasına baxmayaraq, 2-si (bir eniş və bir qalxış) işləkdir. Buna görə sərnişinlər uzun növbə gözləməli olublar. Sıxlıq və vaxt itkisi səbəbindən sərnişinlər buna etiraz etsələr də, metropoliten əməkdaşları digər eskalatorları işə sala bilməyəcəklərini bildiriblər.

Metrostansiyalarda iki eskalatordan biri işə salınmır...

Qeyd edək ki, bənzər hal hər gün "28 May" metrostansiyasında da baş verir. Səbəb kimi isə rəsmi qurum təhlükəsizliyə görə digər eskalatorun işə salınmadığını əsas gətirir.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nın sorğusuna cavab verilib.

Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov saytımıza açıqlamasında bildirib ki, Xətai metrostansiyasında qatarların hərəkət intervalı Cəfər Cabbarlı istiqamətində olmaqla 12 dəqiqə təşkil edir və sonuncu sərnişin platformanı tərk edənə qədər təxminən 2.5-3 dəqiqə vaxt gedir:

"Belə olduqda, sonrakı 9-10 dəqiqə həmin eskalator boş dövr edir. Təsəvvür edin, belə vəziyyətdə ikinci eskalator da qoşulsa, 10 dəqiqədən artıq ikisi də boş dövr etmiş olacaq. Burada hər hansı başqa məqsəd yoxdur, sadəcə israfçılığa yol verilməməsidir. Amma sərnişin sıxlığı olarsa, qrafikdən əlavə tənzimləmələr tətbiq olunur. Təbii ki, bu platformada dayanan işçi yox, stansiya üzrə rəhbər və işçi heyətinin tam nəzarəti altındadır. Bununla bağlı gündəlik monitorinqlər də aparılır".

İki eskalatorun boş-boşuna işləməsi enerji israfıdır?

Bəxtiyar Məmmədov bildirib ki, eyni sözləri "28 May" metrostansiyası haqqında da demək olar. Qurum rəsmisinin sözlərinə görə, yəni iki eskalatorun boş-boşuna 12-13 dəqiqə çalışması nə qədər elektrik enerjisinin yandırılması deməkdir:

"Əgər o qənaətə nail olunmasa, bu sərnişindaşımanın maya dəyərinə də əsaslı şəkildə təsir göstərəcək. Yəni bizim göstərdiyimiz xidmətin təməlində dayanan məsələlərdən biri sərnişini hərtərəfli düşünməkdir. Yəni mümkün qədər əmlakı da qorumaq lazımdır, lakin sərnişin təhlükəsizliyi də mütləq nəzərə alınır. Planları kənara qoyub, nəyi necə gəldi etmək də olmur.

Sabah hər hansı problem yarananda elə həmin sərnişinlər haqlı olaraq deyəcəklər ki, vaxtında niyə qənaət etmir, tədbir görmürdünüz. Ümumiyyətlə, bütün görülən tədbirlərin təməlində sərnişindaşımanın maya dəyərini azaltmaq üçün texnoloji yeniliklər tətbiq olunsun, sərrnişinə xidmət mədəniyyətinin artırılması üçün lazımlı addımlar atılsın".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 894   Tarix: 02 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr