Azərbaycanda DƏHŞƏT: Azyaşlını dəfələrlə meşəyə aparıb sıra ilə zorladılar

Azərbaycanda DƏHŞƏT: Azyaşlını dəfələrlə meşəyə aparıb sıra ilə zorladılarCəlilabad rayonunda 2007-ci il təvəllüdlü Yaşar 11 yaşlı həmkəndlisi Sahilə (adlar şərti göstərilib - red.) qarşı seksual xarakterli hərəkətlər edib.

Demokrat.az-ın məlumatına görə, Yaşar 2022-ci ilin iyun ayının ortalarında tanışı, 2009-cu ildə doğulmuş Əli ilə razılaşaraq 2013-cü il təvəllüdlü Sahilə qarşı zor tətbiq qərarına gəlib.

Yaşar Cəlilabad rayonunun kəndində, kənd arasında "Bənd" deyilən yerdə atasına məxsus olan atı evlərinə aparmaq istəyən Sahilə yaxınlaşıb və Əli ilə birlikdə onu ağaclıq sahədə yerə yıxıb, zor tətbiq edərək əlini və ayağını ot kiplərinin bağlandığı iplə bağlayıblar. Yüksək səslə qışqırmasının qarşısını almaq üçün ağzını parça ilə bağladıqdan sonra Əli ilkin olaraq Sahilin əynində olan şalvarı və alt paltarını aşağıya endirib. Sonra Sahillə cinsi əlaqədə olublar.

Daha sonra Yaşar və Əli həmin ilin iyul ayının ortalarında kənd arasında "Quzeyin başı" deyilən yerdə olan Sahili nil ağaclarının əkildiyi sahəyə aparıblar və onunla qeyri-təbii yolla cinsi əlaqəyə giriblər.

Bundan sonra Yaşar və Əli kənd ərazisində "üçüy" deyilən yerdə olan Sahili ağaclarının əkildiyi sahəyə aparıb, eyni üsulla zorakılıq edərək, onunla cinsi əlaqədə olublar.

Hadisəni törədən Yaşarın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmədə ifadə verən Yaşar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O qeyd edib ki, Sahilə heç nə etməyib və bu hadisədən xəbərsizdir.

Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edib. Yaşar həmin ifadəsində göstərib ki, Cəlilabad rayonunun kəndində atası, anası və nənəsi ilə birlikdə yaşayır:

"Məktəbdə IV sinfini bitirmişəm. Atam yaşadığımız kənddə fərdi təsərrüfatla məşğul olur. Belə ki, iri və xırdabuynuzlu heyvanları saxlayaraq çörək pulunu qazanır. Oxuduğum məktəb ibtidai təhsil verdiyindən IV sinfi bitirdikdən sonra təhsilimi davam etdirə bilməmişəm".

Təqsirləndirilən şəxs qeyd edib ki, təhsilini davam etdirə bilmədiyindən bacardığı işləri görməklə valideynlərinə köməklik göstərir:

"Bizimlə bir kənddə yaşayan Sahilin atası Yavər və onun ailə üzvləri ilə mənim valideynlərim arasında heç vaxt ədavət və düşmənçilik olmayıb. Tam əksinə qohum və həmkəndli kimi münasibətlərimiz normal olub. Yavərin oğlu Sahil məktəblidir. Onu əvvəllər tanımışam. Onunla münasibətim olmayıb. Sahil məndən çox balaca olduğundan onunla ünsiyyət yaratmamışam. Digər həmkəndlim Əli isə mənimlə həmyaşıddır. Onunla dostluq münasibətlərim var. Həmişə birlikdə olmuşuq. Kənd ərazisində oyun oynayıb vaxtımızı keçirmişik. Lakin qeyd etdiyim kimi Sahilin yaşı az olduğundan onunla heç vaxt oynamamışıq".

Yaşarın sözlərinə görə, təxminən məlum hadisədən bir neçə ay öncə evdə olan zaman Sahilin atası Yavər onun atası Vəli ilə mobil telefonda əlaqə saxlayıb:

"Guya mən və Əli azyaşlı oğlu Sahilin əlini və qolunu bağlayıb paltarlarını çıxararaq ona qarşı tərbiyəsiz hərəkətlər etdiyimizi bildirdi. Atam məndən bu barədə soruşdu. And-aman edib belə bir hərəkət etmədiyimi dedim. Daha sonra Sahilin atası və babası bizi evlərinə dəvət etdilər. Mən, atam Vəli, Əli və onun atası Rafiq Yavərgilə getdik. Həmin vaxt orada olan şəxslər məndən və Əlidən belə bir hərəkət edib-etmədiyimizi soruşdular. Əli və mən Sahilə qarşı heç bir zorakılıq hərəkətləri etməmişik. Sahilin atası Vəli barəmizdə böhtan xarakterli məlumat verib".

İş üzrə zərərçəkmiş Sahilin sözlərinə görə, atası, anası, qardaşı və bacısı ilə birlikdə yaşayır:

"Özüm məktəbliyəm. Orta məktəbin IV sinif şagirdiyəm. Babamın yaşadığı ev bizim evimizdən təxminən bir kilometr irəlidə yerləşir. Bəzi vaxtlarda məktəbdən çıxan zaman yaxın olduğu üçün babagilə gedib onlarla qalmışam. Bizimlə bir kənddə yaşayan Yaşar və Əli ilə münasibətim olmayıb. İlk dəfə 2022-ci ilin iyun ayının ortalarında yaşadığım evdə olan zaman atam özünə məxsus olan atın evdən getdiyini və kənddə "Bənd" deyilən ərazidən həmin atı tutub evə gətirməyimi dedi. Həmin gün saat 10 radələrində atamın yanından uzaqlaşıb "Bənd" adlanan əraziyə getdim. Bu zaman ağaclıq hissədən səs gəldiyini eşitdim. Arxaya dönən zaman Yaşarın arxa hissədən ağaclıqdan çıxıb üstümə qaçdığını gördüm. Mən qorxub qaçmaq istəyən zaman Əli qarşıma çıxdı. Onlar hər ikisi məni tutdular. Yaşar məni tutduqdan sonra əli ilə ağzımı bağladı. Daha sonra məni ağaclıq olan hissədə yerləşən otluq sahəyə apardılar. Yaşar əgər səsimi çıxarsam, məni döyəcəyini dedi. Qorxumdan səsimi çıxara bilmədim. Otluq sahədə məni yerə yıxdılar. Orada ot kiplərinin bağlandığı iplə əlimi və ayağımı bağladılar. Yaşar məni ayaq üstə qaldırıb qara rəngli parça ilə ağzımı bağladı. Bundan sonra qışqıra bilmədim. Yaşar əynimdə olan şalvarımı yarıya qədər aşağı saldı. Hər ikisi qolumu tutub meşəlik hissədə olan ağacın yanına gətirdilər. Mənim sinəmi ağaca sıxıb ot kiplərinin bağlandığı iplə məni ağaca bağladılar. Əli yanımdan kənara çəkildi. Yaşar mənimlə cinsi əlaqədə oldu. Hər ikisi intim hərəkətlər etdilər. Sonra ipləri açıb, məni sərbəst buraxdılar".

Zərərçəkmiş bildirib ki, Yaşar və Əli ona bu barədə heç kimə bir söz deməməyini tapşırıblar:

"Əks təqdirdə məni döyəcəklərini bildirdilər. Bundan əlavə əgər atam bilsə, məni döyəcəyini dedilər. Həmin gün çox qorxdum. Bu səbəbdən heç kimə bu barədə məlumat verməyəcəyimi dedim. Oradan uzaqlaşdıqdan sonra yaşadığım evə qayıtdım. Bu barədə isə heç kimə məlumat vermədim".

Zərərçəkmiş qeyd edib ki, 2022-ci ilin iyul ayının ortalarında saat 13 radələrində atası ilə birlikdə yaşadıqları evdən çıxıb və babasının yaşadığı evə gedib:

"Yaşadığım kənddə "Quzeyin başı" adlanan ərazidə hərəkətdə olan zaman Yaşar və Əlinin yolun ətrafında gəzdiyini gördüm. Onlar məni görən kimi qaçaraq yanıma gəldilər. Mən qorxduğum üçün tərpənə bilmədim. Yaşar qolumdan tutub yenidən eyni pis hərəkəti mənə qarşı edəcəklərini bildirdi. Yaşar və Əli hərəsi bir qolumdan tutaraq məni ağaclığa apardılar. Əlimi, qolumu bağladıqdan sonra ilk olaraq Yaşar, sonra isə Əli mənə qarşı tərbiyəsiz hərəkətlər etdilər. Sonra mənə hədə-qorxu gəldilər ki, bu barədə heç kimə heç nə deməyim. Onlarla razılaşdım və oradan uzaqlaşıb babamın yaşadığı evə gəldim".

Sahilin sözlərinə görə, babası onu görən kimi nə olduğunu soruşub:

"Babamın sualına Yaşar və Əlinin arxam ilə qaçıb qorxutduqlarını, lakin onları söyərək qaçdığımı dedim. Başqa heç bir problemin olmadığını bildirdim. Bu barədə isə heç kimə heç nə demədim. Bundan bir neçə ay sonra babamla dərman almağa çıxdıq. Atamın qaldığı evin yaxınlığında "üçüy" adlanan dərəlikdən keçən zaman Yaşar və Əlinin atla dayandığını gördüm. Onları gördükdən dərhal sonra atları bağlayaraq mənə tərəf qaçmağa başladılar. Mən qaçsam belə məni tutacaqlarını bildiyim üçün yerimdə dayandım. Yaşar və Əli yaxınlaşaraq qolumdan tutdular. Həmin yerin ətrafı ağaclıq olduğundan orada ətrafda heç kim olmayıb. Onlar yenə mənə qarşı tərbiyəsiz hərəkətlər etdilər".

Sahil deyib ki, Yaşar və Əli ona qarşı iyrənc hərəkətlər etdikdən sonra onun ayağında və əlində olan ipləri açıblar:

"Mən evə getdim. Lakin qorxduğum üçün gecələri rahat yata bilmirdim. Babamgildə qalan zaman nənəm məndən hansı səbəbdən belə olduğumu soruşdu. Baş verən hadisələr barədə nənəmə danışdım. Bu səbəbdən qorxduğumu bildirdim. Bundan sonra babam atama bu barədə məlumat verdi. Atam isə Cəlilabad Rayon Polis Şöbəsinə ərizə yazdı".

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Yaşar yeddi il altı ay azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsini, cəzaçəkmə müddətinin başlanğıcı 3 oktyabr 2023-cü il tarixdən hesablanması qərara alınıb.

Bu hökmdən narazı qalan Yaşarın müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Müdafiəçi Yaşarın günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə şikayəti araşdırarkən əsassız olduğu nəticəsinə gəlib. Bu səbəbdən Yaşarın müdafiəçisi tərəfindən verilən şikayət təmin olunmayıb.

Əli isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikası cinayət qanunu ilə müəyyən olunmuş yaş həddinə çatmadığından ibtidai istintaq zamanı 21 aprel 2023-cü il tarixli qərarla onun barəsində cinayət işinin başlanılması rədd edilib. Onun qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi məqsədi ilə cinayət işindən ayrılmış material yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4823   Tarix: 02 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan əhalisi əczaçılıq xərclərini 22 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 212,9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 21,

13 sentyabr
.

Nazir şöbə müdiri təyin etdi

Kənd Təsərrüfatı Nazirliyində daha bir kadr təyinatı olub. Bununla bağlı nazir Məcnun Məmmədov müvafiq Əmr imzalayıb. Əmrə əsasən, Ruslan Ənvərli nazirlikdə şöbə müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, R.Ənvərli bundan əvvəl "Avrora" şirkətində şöbə müdiri, daha əvvəl isə "Kapita

12 sentyabr
.

Park Bulvar"da yanğın təhlükəsi yaradan görüntülər: "Çağ Baku" restoranında nə baş verir?

Səbail rayonu, Neftçilər prospekti 42 ünvanında, Dənizkənarı Milli Park ərazisinə yaxın yerləşən "Park Bulvar"da fəaliyyət göstərən "Çağ Baku" restoranı ilə bağlı "Real Azərbaycan"a narahatedici məlumat daxil olub. Mənbənin iddiasına görə, restoranda gənclərin əyləncəs

11 sentyabr
.

Dəhşətli bir qış gəlir - Havalar...

"Həm payızda, həm də qışın əvvəlində dünyanın orta temperaturu normadan bir qədər yüksək olacaq". Bu sözləri Ölkə.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi Coğtafiya İnstititunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bu il payız mövsümünü

13 sentyabr
.

Oktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, oktyabr ayında qeyri-iş günü nəzərdə tutulmayıb. -ın məlumatına görə, beşgünlük iş həftəsi üzrə ay ərzində 22 tam iş günü olacaq. Bu isə ümumilikdə 176 saat iş vaxtı deməkdir. Bu səbəbdən çalışan əhali oktyabr ayında yalnız həftəsonlar

13 sentyabr
.

Dənizə getmək istəyənlərin nəzərinə!

Bu gün Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, çimərliklərdə cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərind

12 sentyabr
.

Borcu ödəməmək üçün "pulum yoxdur" deyənləri bu cəza gözləyir - CAVAB

ın "Bir sual, bir cavab" rubrikasının bu dəfəki mövzu borcu ödəməmək üçün saxta şəkildə müflisləşən şəxslərlə bağlıdır. Saxta müflisləşmənin cəzası nədir?. xəbər verir ki, Cinayət Məcəlləsinin 212-ci maddəsinə əsasən, kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibka

13 sentyabr
.

"Avtovağzal"dan bütün stansiyalara getmək MÜMKÜN OLACAQ - Metroda YENİLİK

Bakı metropolitenində dörd keçid stansiyası olacaq. Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, bu proses 2030-cu ildən etibarən mümkün olacaq:. "Bakı metropoliteninin "bənövşəyi", "yaşıl"

13 sentyabr
.

Şəxsi brend formalaşdırarkən çox paylaşım etmək daha vacibdir, yoxsa konkret sahə üzrə tanınmaq? - AÇIQLAMA

Sosial mediada şəxsi brend yaratmaq istəyənlər üçün əsas məqsəd yalnız çoxlu paylaşım etmək və izləyici toplamaq deyil. İstifadəçinin hansı mövzu ilə yadda qalması, auditoriyanın ona niyə güvənməsi və təqdim etdiyi məzmunun digərlərindən nə ilə fərqlənməsi də mühüm rol oynayır. Bəs şəxsi brend formalaşdırarkə

11 sentyabr