Saleh Məmmədovun "sevimlisi" ATF MMC-də nə baş verir? - Əvəz Qocayevlə sədr niyə küsüb?

Saleh Məmmədovun "sevimlisi" ATF MMC-də nə baş verir? - Əvəz Qocayevlə sədr niyə küsüb?Tenderlər "kralı" kimi bilinən, dövlət qurumlarının, ən əsas da Saleh Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA-da) "sevimli" şirkəti olan ATF MMC əl dəyişdirib.

32gun.az xəbər verir ki, Təbriz Muradov milyonluq tebderlərin qalibi olmuş nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçiliyindən çıxıb.

Onun yerinə qanuni təmsilçi olaraq qardaşı Azad Muradov yazılıb.

Bununla bağlı bir çox qalmaqallı iddialar səslənir. Lakin hələlik heç bir dəqiqləşmiş rəsmi məlumat əldə etmədiyimiz üçün iddialarla bağlı məlumat vermirik, ancaq Məsələni diqqətdə saxlayırıq.

Xatırladaq ki, mətbuatda gedən məlumatlara görə, AAYDA bahalı layihələrin icrasını adətən özü həyata keçirir. Amma AAYDA sədri Saleh Məmmədov bəzən istisnalara yol verir və bu vaxt onun köməyinə öz himayədarlığı ilə yaranan "ATF" MMC şirkəti gəlir.

Həmçinin yerli mətbuatda gedən məlumatlarda qeyd edilib ki,

Saleh Məmmədovun "ATF" MMC ilə "iş birliyi" yalnız tenderlərlə yekunlaşmır. Hətta iş o yerə çatıb ki, Göyçayda yerləşən 17 saylı Yol İstismar İdarəsinin müdiri Rəşad Kərimovu işdən çıxarıb, yerinə "ATF" MMC-nin təsisçilərindən olan Təbriz Muradovun oğlu Tehranı müdir təyin ediblər. Bundan sonra dövlətin idarəsi olan 17 saylı Yol İstismarı İdarəsinin bütün texnikaları qanunsuz olaraq "ATF" MMC-nin tenderdə "udduğu" yol tikintisi işlərinə cəlb edilib. Bu isə korrupsiya cinayətidir.

Hələ 2021-ci ildə mətbuatın yazdığına görə, "ATF" MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilərək məhkəmə qərarı ilə həbs olunub. Rəhbərlikdə isə onu qardaşları Azad və Təbriz Muradovlar əvəzləyib. Buna baxmayaraq, Saleh Məmmədovun agentliyi şirkətlə "işləməyə", "ATF" də qurumun tenderlərinin rəqibsiz qalibi olmaqda davam edir.

Yerli mediada gedən məlumatlara görə bütün bu "seçimlər" S.Məmmədovun müavini Əvəz Qocayevlə arasında problemə səbəb olub. Hətta iddiaya görə S.Məmmədov hətta Qocayevi və onun vəzifəyə gətirdiklərini ozundən uzaq tutmağa çalışır.

Yerli mediada gedən məlumatlara görə, Əvəz Qocayevin fəaliyyəti sədr Saleh Məmmədov tərəfindən də lazımınca qiymətləndirilmir. Artıq müəyyən çevrələrdə Saleh Məmmədovla Əvəz Qocayevin yollarının ayrıldığı da söylənilir. Belə bir səbəbdən də, sədr Saleh Məmmədovun öz müavinini işindən uzaqlaşdıracağı ilə bağlı sərəncam verəcəyini, bu gün tam əksəriyyət səbirsizliklə gözləməkdədir. Buna əsas səbəb, Əvəz Qocayevin adının daha çox qalmaqallı məsələlərdə hallanmasıdır. Bir sözlə, AAYDA-nın sədri artıq Əvəz Qocayev yükündən azad olunmaq istəyinə düşdüyü də söylənilir. Söz yox ki, vəziyyətin belə bir həddə gəlib çatmasında Əvəz Qocayevin danılmaz xidmətləri var.

Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1124   Tarix: 03 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan əhalisi əczaçılıq xərclərini 22 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 212,9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 21,

13 sentyabr
.

Nazir şöbə müdiri təyin etdi

Kənd Təsərrüfatı Nazirliyində daha bir kadr təyinatı olub. Bununla bağlı nazir Məcnun Məmmədov müvafiq Əmr imzalayıb. Əmrə əsasən, Ruslan Ənvərli nazirlikdə şöbə müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, R.Ənvərli bundan əvvəl "Avrora" şirkətində şöbə müdiri, daha əvvəl isə "Kapita

12 sentyabr
.

Park Bulvar"da yanğın təhlükəsi yaradan görüntülər: "Çağ Baku" restoranında nə baş verir?

Səbail rayonu, Neftçilər prospekti 42 ünvanında, Dənizkənarı Milli Park ərazisinə yaxın yerləşən "Park Bulvar"da fəaliyyət göstərən "Çağ Baku" restoranı ilə bağlı "Real Azərbaycan"a narahatedici məlumat daxil olub. Mənbənin iddiasına görə, restoranda gənclərin əyləncəs

11 sentyabr
.

Dəhşətli bir qış gəlir - Havalar...

"Həm payızda, həm də qışın əvvəlində dünyanın orta temperaturu normadan bir qədər yüksək olacaq". Bu sözləri Ölkə.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi Coğtafiya İnstititunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bu il payız mövsümünü

13 sentyabr
.

Oktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, oktyabr ayında qeyri-iş günü nəzərdə tutulmayıb. -ın məlumatına görə, beşgünlük iş həftəsi üzrə ay ərzində 22 tam iş günü olacaq. Bu isə ümumilikdə 176 saat iş vaxtı deməkdir. Bu səbəbdən çalışan əhali oktyabr ayında yalnız həftəsonlar

13 sentyabr
.

Dənizə getmək istəyənlərin nəzərinə!

Bu gün Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, çimərliklərdə cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərind

12 sentyabr
.

Borcu ödəməmək üçün "pulum yoxdur" deyənləri bu cəza gözləyir - CAVAB

ın "Bir sual, bir cavab" rubrikasının bu dəfəki mövzu borcu ödəməmək üçün saxta şəkildə müflisləşən şəxslərlə bağlıdır. Saxta müflisləşmənin cəzası nədir?. xəbər verir ki, Cinayət Məcəlləsinin 212-ci maddəsinə əsasən, kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibka

13 sentyabr
.

"Avtovağzal"dan bütün stansiyalara getmək MÜMKÜN OLACAQ - Metroda YENİLİK

Bakı metropolitenində dörd keçid stansiyası olacaq. Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, bu proses 2030-cu ildən etibarən mümkün olacaq:. "Bakı metropoliteninin "bənövşəyi", "yaşıl"

13 sentyabr
.

Şəxsi brend formalaşdırarkən çox paylaşım etmək daha vacibdir, yoxsa konkret sahə üzrə tanınmaq? - AÇIQLAMA

Sosial mediada şəxsi brend yaratmaq istəyənlər üçün əsas məqsəd yalnız çoxlu paylaşım etmək və izləyici toplamaq deyil. İstifadəçinin hansı mövzu ilə yadda qalması, auditoriyanın ona niyə güvənməsi və təqdim etdiyi məzmunun digərlərindən nə ilə fərqlənməsi də mühüm rol oynayır. Bəs şəxsi brend formalaşdırarkə

11 sentyabr